Ölkə

Hava kəskin dəyişəcək, qar gözlənilir – XƏBƏRDARLIQ

Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, noyabrın 21-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 10-12, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə isti […]

Siyasət

Polietilen torbalar və plastik mətbəx əşyalarının satışını qadağan edən qanun layihəsi qəbul edilib

Qalınlığı 15 mikrona  qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə  tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilir. Xəbəral.az  xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Ətraf mühitin mühafizəsi haqqında” Qanun layihəsində əksini […]

Siyasət

Sahibə Qafarova: “Şuşanı, Ağdamı, Laçını, Kəlbəcəri tamamilə bərpa edəcəyik”

“Əminəm ki, biz tezliklə, Şuşanı, Ağdamı, Laçını, Kəlbəcəri, işğalçılar tərəfindən dağıdılmış digər şəhərlərimizi, yaşayış yerlərimizi yenidən qurub yaradacağıq, tamamilə bərpa edəcəyik!” Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı spiker Sahibə Qafarova qeyd edib. Spiker bildirib ki, noyabrın 10-da Azərbaycan Respublikasının Prezidentinin, Ermənistan Respublikasının baş nazirinin […]

Cəmiyyət

Həftəsonu avtobuslar işləməyəcək: Taksilərin fəaliyyəti məsələsinə aydınlıq gətirildi – RƏSMİ

Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, 21 noyabr saat 00:00-dan 23 noyabr səhər saat 06:00-dək Bakı şəhərində bütün müntəzəm və ekspress xətlər üzrə sərnişindaşımaları dayandırlacaq. Bu barədə  Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Qeyd olunan tarixlərdə Bakı şəhərinin inzibati ərazisində qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq fərqlənmə nişanı alan avtomobillərlə taksi fəaliyyətinin göstərilməsində hər hansı […]

Siyasət

Mehriban Əliyeva Ağdamın işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib – FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə rəsmi “Instagram” hesabında Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir: “Əziz həmvətənlər, Sizi Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə səmimi-qəlbdən təbrik edirəm və hər birinizə ən xoş arzularımı çatdırıram! Qoy Azərbaycanda daim sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik hökm sürsün! Qoy ölkəmizdə hər bir ev nur, […]

Siyasət

Fəzail Ağamalı: “Xilaskar” ordeni təsis edilsin, Prezident İlham Əliyev bu ordenlə təltif olunsun – TƏKLİF

“Biz Prezident İlham Əliyevin orden və medallarla bağlı addımı Milli Məclis tərəfindən dəstəkləyirik”. Xəbəral.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib. Deputat bildirib ki, böyük igidlik göstərən hərbçilərimiz orden və medallarla təltif olunacaq: “Bəs niyə cənab Prezidentin təltif edilməsi məsələsini müzakirə etməyək? “Xilaskar” ordeni təsis edilməli, Ali Baş Komandan […]

Siyasət

İlham Əliyev Ermənistanın 90 min qaçqın yalanından danışdı: “Mələyə-mələyə onun-bunun ətəyindən yapışacaq”

“Biz onların şəhərlərini dağıtmamışıq, halbuki dağıda bilərdik. Şuşanı götürəndən sonra Xankəndini dağıtmaq nə böyük problem idi??! Bir gün ərzində dağıda bilərdik. Biz etdikmi bunu? Yox. Amma onlar nə günə saldılar bizim şəhərlərimizi”. Xəbəral.az-ın məlumatına görə, bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib. “Ona görə bizim erməni xalqı ilə problemimiz yoxdur. […]

Siyasət

Milli Məclisdə 15 yeni medalın təsis edilməsi təklif olunur

Milli Məclisin bu gün keçirilən iclasında “Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsi barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O bildirib […]

Siyasət

Ceyhun Bayramov: “Bu gün bütün azərbaycanlılar üçün xüsusi gündür” – FOTO

“Bu gün bütün azərbaycanlılar, o cümlədən, minlərlə Ağdamlı məcburi köçkünlər üçün xüsusi gündür. Ağdam yenidən Azərbaycana qayıdır!” Xəbəral.az-ın verdiyi məlumata görə, bunu Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov özünün “Twitter” hesabında yazıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin də söylədiyi kimi, Ağdam rayonu da daxil olmaqla, azad edilmiş bütün ərazilərimizə həyatın qayıdacağını vurğulayıb.

Cəmiyyət

İşğaldan azad olunan iki kəndin adının dəyişdirilməsi Parlamentin müzakirəsində

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” və “Azərbaycan Respublikası Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında” qanun layihələri müzakirəyə çıxarılıb. Qanun layihələri barədə parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib. Müzakirələrdən sonra hər iki qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.