Siyasət

İlham Əliyev igid övladlar yetişdirən xalqımıza təşəkkür etdi

“Ağdamlılar Birinci Qarabağ Müharibəsində qəhrəmancasına vuruşmuşlar, çoxlu şəhidlər vermişlər. İkinci Qarabağ Müharibəsində – Vətən Müharibəsində də cəsarətlə vuruşmuşlar, şəhidlər vermişlər. Mən fürsətdən istifadə edərək bu Qələbəni bizə bəxş edən bütün şəhidlərimizi yad etmək istəyirəm, Allah onlara rəhmət eləsin, Allah onların yaxınlarına səbir versin”. Bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib. […]

Siyasət

İlham Əliyevdən qərəzli Avropa liderlərinə: “Yerindən duran bizə mız qoymaq istəyir”

“Hazırda Qarabağ bölgəsində mövcud olan coğrafi vəziyyət, əlbəttə ki, bizim imkanlarımızı qat-qat artırıb. Sadəcə olaraq, xəritəyə baxmaq kifayətdir, hər kəs görsün ki, kimin əlində hansı imkanlar var”. Bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib. “Ona görə mən bir daha sözümü demək istəyirəm. İndi Ermənistanda daxili böhran hökm sürür. Bu da […]

Siyasət

Ali Baş Komandana mahnı həsr olundu: “Qalib sərkərdə” – VİDEO

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə mahnı həsr olunub. “Qalib sərkərdə” adlanan mahnının musiqisi bəstəkar Azad Zahidə, sözləri isə Abdulla Qurbaniyə məxsusdur. Əməkdar artist Ramil Qasımovun ifa etdiyi mahnıda Azərbaycanın II Qarabağ savaşında qazandığı qələbə və Ali Baş Komandanın Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən bəhs edilir. Əməkdar mədəniyyət işçisi Ülviyyə Könül “Qalib sərkərdə” üçün […]

Cəmiyyət

Milli Məclis iki qanun layihəsini qəbul etdi

Milli Məclisin bu gün keçirilən iclasında “Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə və “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” qanun layihələri müzakirəyə çıxarılıb. Qanun layihəsi barədə Milli Məclisin Hüquq siyasəti və […]

Siyasət

“Vətən Müharibəsində qələbə münasibətilə” orden və medallar təsis ediləcək

Azərbaycan Respublikası Milli Məclisinin bu gün keçiriləcək növbəti iclasında “Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi müzakirə olunacaq. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq.

Siyasət

Fəzail Ağamalı “Fransa senatı qondarma Dağlıq Qarabağın müstəqilliyini tanısa, əlaqələri kəsmək lazımdır”

Xarici İşlər Nazirliyinin Azərbaycanın Fransadakı səfirini məsləhətləşməsi üçün Azərbaycana çağırmasını təklif edirəm. Xəbəral.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fəzail Ağamalı deyib. O bildirib ki, Fransa senatı qondarma Dağlı Qarabağın müstəqilliyini tanısa, Fransa ilə əlaqələri kəsmək lazımdır.

AKTUAL

Bu gün işğaldan azad olunan Ağdama komendant təyin edildi – RƏSMİ

Bu gün işğaldan azad olunan Ağdam şəhərinin Polis Şöbəsinin rəisi və müavinləri şəhər üzrə komendant və müavinləri təyin edilib. Bunu  Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib. Nazirlik rəsmisi qeyd edib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanı”na uyğun olaraq Daxili İşlər naziri, general-polkovnik […]

Sosial

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri həftəsonları işləməyəcək – FOTO

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət edən vətəndaşlara xəbərdarlıq edib. “ASAN xidmət”dən verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə respublikamızda xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılıb. Virusa yoluxma dinamikasının azaldılması istiqamətindəki tədbirlər çərçivəsində […]

Siyasət

İlham Əliyev: “Ağdam-Xankəndi-Şuşa avtomobil yolu açılacaq”

“Biz Ağdam şəhərini də bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək”. Xəbəral.az-ın məlumatına görə, bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib. Prezidentin […]