Cəmiyyət

Qarakənd faciəsindən 29 il ötür

Göyərtəsində Azərbaycanın siyasi elitasının olduğu vertolyotun erməni silahlı birləşmələri tərəfindən vurulmasından 29 il ötür. “Mİ-8” hərbi vertolyotu ermənilər tərəfindən 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində vurulub. Vertolyotun vurulması nəticəsində Azərbaycanın dövlət xadimləri, hökumət nümayəndələri, deputatlar, jurnalistlər və ekipaj üzvləri  – ümumilikdə 22 nəfər həlak olub. Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, […]

Müharibə

Ağdam rayonu işğaldan azad olundu

Ağdam rayonu artıq erməni işğalından azad olunub. Bu, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 10-da imzaladığı Qarabağ üzrə üçtərəfli bəyanat əsasında baş verib. Belə ki, bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına təhvil verilir. Qeyd edək ki, Ağdam 1993-cü ilin 23 iyul tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Sahəsi 1150 kvadrat […]

MARAQLI

Milad ağacı qutusundan canlı bayquş çıxdı – FOTO

Milad ağacında ilişən bayquş bağlamada 250 km yol gedib. NTV-nin məlumatına görə, ağac Nyu-Yorkda Rokfeller mərkəzində kəsilib. Lakin qablaşdırma zamanı quşun orada olduğu görünməyib. Lələklilər fəsiləsinin nümayəndəsi ancaq milad ağacı qurularkən görünüb. “Bayquşla hər şey qaydasındadır. Ancaq baxışlarından görünür ki, səfərdən çox da razı qalmayıb”, – deyə bununla bağlı dərc olunan məqalədə bildirilib.  

Müharibə

Azərbaycan ordusu Ağdam rayonuna daxil olub – RƏSMİ

Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı üçtərəfli Bəyanata əsasən, Azərbaycan ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Ağdam rayonundan foto və video materiallar gün ərzində təqdim olunacaq.