İdman

“Qarabağ”ın baş məşqçisi: “Böyük qürurla Ağdamda oynayacağımız ilk oyunu gözləyirik”

Bu gün 27 il sonra “Qarabağ”ın təmsil etdiyi Ağdam şəhəri və kəndləri işğalçı Ermənistan tərəfindən boşaldılaraq ordumuza təhvil verilib. Ağdam komandasının baş məşqçisi Qurban Qurbanov bu haqda öz fikirlərini bölüşüb: “Bu gün bizim üçün çox böyük bir gündür. İllərdir həsrətini çəkdiyimiz torpaqlara geri dönürük və klub olaraq təmsil etdiyimiz Ağdam şəhəri artıq bu gün işğaldan azad […]

İqtisadiyyat

Azərbaycanda dövriyyədəki nağd pulun həcmi 52 faiz artıb

2020-ci ilin 9 ayında pul təklifinin dinamikası aylar üzrə dəyişkən olub. Mərkəzi Bankın verdiyi məlumata görə, əsasən dövlət büdcəsində profisitin əmələ gəlməsilə bağlı I rübün son ayında əhəmiyyətli azalan pul təklifi, II rübdən başlayaraq tədricən bərpa olunub və mülayim artım meyili III rübün bütün ayları üzrə davam edib. Doqquz ay ərzində manatla pul bazası 0,6 […]

Şou-Biznes

“Qarabağ”ı Ağdamda oxuyacam” – Tunar

Bu gün Ağdam erməni işğalından azad olunub. Hər bir azərbaycanlı xüsusən də Ağdamlılar bu günü bayram günü kimi qeyd edir. Xəbəral.az xəbər verir ki, əslən Ağdamdan olan müğənni Tunar Rəhmanoğlu da sosial media hesabında bununla bağlı paylaşım edib. O, İnstaqram hesabında ifasını paylaşaraq “Ağdam, qayıdışın mübarək” sözlərini yazıb. Sevincli anlar yaşadığını deyən ifaçı sözlərinə belə davam […]

Maqazin

“Kim bilir, həmin torpaqlarda…”- Ruhi Əliyevadan QÜRURVERİCİ PAYLAŞIM

Biznes ledi Ruhi Əliyeva “İnstagram” səhifəsində etdiyi paylaşımı ilə diqqət çəkib. Xəbəral.az  xəbər verir ki, o sosial şəbəkə hesabında bu sözləri yazıb: “Azərbaycanımızın hər guşəsi, hər qarışı bizə doğmadır, əzizdir. İşğaldan azad olunan torpaqlarımızın qəlbimizdə yeri isə tamam başqa. Rəşadətli Azərbaycan Ordusu Ağdama daxil oldu. Həmin görüntüləri çox böyük qürur və fəxarət hissiylə izlədim. Bizə bu […]

Maqazin

Pərvin Ağdam paylaşımına görə TƏNQİD ATƏŞİNƏ tutuldu – FOTOLAR

Aktrisa Pərvin Abıyeva sosial mediadakı paylaşımı ilə diqqət çəkib. Xəbəral.az  xəbər verir ki, Ağdamın geri qayıtması ilə bağlı aktrisa “İnstagram” hesabında paylaşım edib. Hərbi texbnikanın yanında şəkil çəkdirən Pərvin “Gözümüz aydın olsun” sözünü yazıb. Onun paylaşımı izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, hərbi texnikanın yanında şəkil çəkdirməyi düzgün hesab etməyən izləyicilər Pərvini tənqid atəşinə tutulub.

Şou-Biznes

Güneldən Ağdam paylaşımı

Müğənni Günel Zeynalova Ağdamın düşməndən azad edilməsi ilə bağlı paylaşım edib. Xəbəral.az xəbər verir ki, əslən Ağdamdan olan sənətçi bunları qeyd edib: “Gözümüz çox aydın olsun. Qarabağın gözü, gözəllik guşəsi. 30 illik həsrət sona çatdı. Baba yurdum artıq azadsan, bizim idin, indi də bizim oldun. İlk əvvəl atam Rəhman Zeynalovun, anam Zöhrə, gözünüz aydın. Dədələrimizin məzarlarını […]

Hadisə

Baş Prokurorluq: Semyon Peqovun cinayətləri ilə bağlı Rusiyaya müraciət edilib

Bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində “WarGonzo” layihəsinin müəllifi Rusiya Federasiyasının vətəndaşı Semyon Vladimiroviç Peqovun “SolovyovLive” verilişində Yaxın Şərq və Orta Asiya Araşdırmaları Mərkəzinin direktoru Rusiya Federasiyasının vətəndaşı Semyon Arkadeviç Baqdasarovla “Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi” mövzusunda birgə apardıqları videoformatlı müzakirə zamanı ermənilərin məğlubiyyətlə barışmayaraq Qarabağdakı Azərbaycan əsgərlərinə hücumlar edilməsi, […]

MDB

Maya Sandunun Moldovada prezident seçkilərinin qalibi olduğu rəsmiləşib

Moldova Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 15-də keçirilmiş prezident seçkilərinin ikinci turunun yekun nəticələrini açıqlayıb. Xəbəral.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, yekun nəticələrə əsasən “Fəaliyyət və Həmrəylik” partiyasının rəhbəri Maya Sandu qalib gəlib. Nəticə MSK-nın videokonfrans formatında baş tutan iclasında elan olunub.    “Ən çox səs toplayan, namizədliyi “Fəaliyyət və Həmrəylik” partiyası tərəfindən irəli sürülən […]

Sənaye və energetika

SOCAR-a yanvar-sentyabrda 4 mlrd. manatdan çox vəsait daxil olub

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin sədrliyi ilə şirkətin 2020-ci ilin 9 ayının maliyyə-təsərrüfat fəaliyyətinin yekunları ilə əlaqədar onlayn iclas keçirilib. SOCAR-dan  verilən məlumata görə, R. Abdullayev çıxışında qlobal pandemiya ilə əlaqədar hesabat dövrünün bütün iri neft və qaz şirkətləri üçün ağır keçdiyini qeyd etmiş, hazırkı şəraitdə qənaət rejiminin vacibliyindən danışıb, SOCAR-ın bu yolla maksimum səmərə əldə […]