Sənaye və energetika

Azərbaycan və Pakistan enerji sektorunda əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Bilal Hayeni qəbul edib. Energetika Nazirliyindən verilən məlumata görə, səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibəti ilə təbrik edərək, ona uğurlar arzulayan nazir, Azərbaycan və Pakistan arasındakı möhkəm dostluq münasibətlərini qeyd edib, Ermənistanın hərbi təcavüzünə qarşı həyata keçirdiyi əks-hücum əməliyyatları zamanı Pakistanın daim Azərbaycanın yanında olmasını və […]

Sənaye və energetika

Azərbaycan və Britaniya bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan Respublikası Energetika Nazirliyinin aparat rəhbəri Zaur Məmmədov ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfirliyinin beynəlxalq ticarət departamentinin Azərbaycan üzrə direktoru və enerji məsələləri üzrə regional rəhbəri Joel Derbyshire arasında onlayn görüş keçirilib. Energetika Nazirliyindən verilən məlumata görə, Z. Məmmədov tarixi qələbəmizin və işğal altında olan torpaqlarımızın azad olunmasının ərazi bütövlüyümüzü bərpa etməklə yanaşı, enerji layihələrimizin də təhlükəsizliyini daha etibarlı təmin edəcəyini qeyd edib. […]

Xarici siyasət

Rusiyanın qurumlararası nümayəndə heyəti Azərbaycan və Ermənistana səfər edəcək

Rusiyanın qurumlararası nümayəndə heyəti yaxın günlərdə Bakı və İrəvana səfər edəcək. Bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd edək ki, Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova dünən keçirdiyi brifinqdə ölkəsinin Dağlıq Qarabağla bağlı Bakı və İrəvanla bütün səviyyələrdə təmasları davam etdirdiyini söyləyib.

Sosial

Ombudsman erməni təxribatları nəticəsində həlak olan uşaqlar barədə aralıq hesabatı beynəlxalq təşkilatlara təqdim edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki yaşayış məntəqələrinə raket hücumları nəticəsində baş vermiş uşaq itkiləri barədə aralıq hesabat hazırlayaraq beynəlxalq təşkilatlara təqdim edib. Ombudsman Aparatından bildirilib ki, sözügedən hesabatın göndərilməsində əsas məqsəd Ermənistan silahlı qüvvələrinin 27 sentyabr – 9 noyabr 2020-ci il tarixlərində Azərbaycanda mülki yaşayış məntəqələrini […]

Sosial

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib

Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələr və hərracın nəticələri haqqında protokol əsasında həmin minik avtomobillərinin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Xəbəral.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanunda […]

Müharibə

Ərini və qardaşını Vətən müharibəsində şəhid verən Azərbaycan qadını

Azərbaycan xalqı Vətən müharibəsində qələbə naminə bir yumruq kimi birləşdi. Kimi oğlunu, kimi həyat yoldaşını, kimi atasını, kimi qardaşını şəhid verdi. Onlardan biri də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Ələkli kəndindən olan Nargüldür. Onun Qarabağ Müharibəsində qardaşı və həyat yoldaşı Vətən üçün canlarından keçiblər. Qardaşı Elton Qəmbərli oktyabrın 24-də Şərur şəhərinin Şəhidlər Xiyabanında, həyat yoldaşı Adil İbrahimli […]

Region

Erməni bölmələri Ağdam rayonundan çıxdı

Erməni Silahlı Qüvvələrinin bölmələri Dağlıq Qarabağda Ağdam rayonunu tərk edib. RT-nin məlumatına görə, bu barədə Rusiya hərbi kontingentinin qərargah rəisi, general-mayor Andrey Volkov bildirib. “Rusiya sülhməramlı kontingentinin rolu sazişin şərtlərinə uyğun olaraq mülki əhalinin təhlükəsizliyini, erməni bölmələrinin ərazidən çıxarılmasını (Onlar artıq çıxarılıb) və Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Ağdam rayonu ərazisinə girişi zamanı nəzarəti təmin etməkdədir”, – […]

Dünya

Serj Sarqsyanın arvadı öldü

Ermənistanın eks-prezidenti Serj Sarqsyanın arvadı ölüb. Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Qeyd edək ki, Rita Sarqsyan iki həftədən artıq müddətdir ki, koma vəziyyətində idi. Xatırladaq ki, yaxınları onun hansı səbəblə bağlı xəstəxanada olduğunu gizli saxlasa da, bəzi Ermənistan mətbuatı tibbi mərkəzdəki mənbələrə əsasən Rita Sarqsyanın koronavirus xəstəsi olduğunu qeyd edib.

Ölkə

Ağdamın azad edilməsi münasibəti ilə Qələbə avtoyürüşü keçirilib – FOTO

Erməni işğalı altında olan Ağdam şəhərinin azad edilməsi sevincini yaşayan vətəndaşlarımız Bakının bir neçə ərazisində avtoyürüş keçirib. Onlar günorta saatlarından etibarən əllərində Heydər Əliyev Mərkəzinin ətrafından başlayaraq avtoyürüş etməyə başlayıb. Sakinlər “Ağdam azaddır” şüarlarını səsləndiriblər.    

Siyasət

İlham Əliyev Polis Akademiyasına rəis təyin etdi

Prezident İlham Əliyevin sərəncamı ilə polis polkovniki Canpolad Daanov Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi təyin edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu gün, 2020-ci il noyabrın 20-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Polis Akademiyasına gedərək C.Daanovu həmin təhsil müəssisəsinin şəxsi heyətinə təqdim edib.