Siyasət

Fəzail Ağamalı: “Xilaskar” ordeni təsis edilsin, Prezident İlham Əliyev bu ordenlə təltif olunsun – TƏKLİF

Sharing is caring!

“Biz Prezident İlham Əliyevin orden və medallarla bağlı addımı Milli Məclis tərəfindən dəstəkləyirik”.

Xəbəral.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.

Deputat bildirib ki, böyük igidlik göstərən hərbçilərimiz orden və medallarla təltif olunacaq: “Bəs niyə cənab Prezidentin təltif edilməsi məsələsini müzakirə etməyək? “Xilaskar” ordeni təsis edilməli, Ali Baş Komandan İlham Əliyev bu ordenlə təltif edilməlidir”.

Deputat Məlahət İbrahimqızı Fəzail Ağamalının təklifini dəstəklədiyini deyib: “Eyni zamanda dünyada Vətən müharibəsindən qalib çıxmış dövlətlərin və xalqların tarixi ilə bağlı araşdırma aparmışam. Dünyanın bəzi ölkələrində vətən müharibəsinin qalib liderinə Ordu Marşalı rütbəsi verilib. Bu gün möhtərəm, Müzəffər Ali Baş Komandanımız Milli Ordumuzla dünya hərb tarixinə qızıl hərflərlə zəfər səhifələri yazdı. Təklif edirəm ki, Ali Baş Komandanımıza da ali dövlət mükafatı ilə bərabər, ən yüksək hərbi rütbə – Ordu Marşalı rütbəsi verilsin”. 

Deputat Siyavuş Novruz isə təklif edib ki, orden və medallarla bağlı layihəyə bir cümlə əlavə edilsin ki, “Vətən Qəhrəmanı” adı və Ordeni ilk olaraq ölkə Prezidentinə təqdim edilsin”. 

Sədr Sahibə Qafarova isə bildirib ki, bunlar çox mühüm təkliflərdir: “Bu, ayrı bir iclasın, yaxud tədbirin mövzusudur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir