Ölkə

Sabahın havası: Yağış, qar, duman

Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 10-13, Bakıda gecə 7-9, gündüz […]

İqtisadiyyat

Azərbaycanda sənaye məhsullarının istehsal həcmi açıqlanıb

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar-oktyabr aylarında 30,7 milyard manatlıq sənaye məhsulu istehsal edilib. XəbərAl.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə, 4,5 faiz azdır. Bu azalma neft-qaz sektorunda məhsul istehsalının 6,1 faiz azalması, sənayenin qeyri-neft-qaz sektorunda isə məhsul istehsalının […]

Dünya

Monteneqroda Azərbaycanın qazandığı qələbə münasibətilə yürüş keçirilib

Monteneqronun paytaxtı Podqoritsa şəhərində və Herseq Novidə Azərbaycanın Qarabağda qazandığı böyük qələbə münasibətilə yürüş və avtoyürüş təşkil olunub. Yürüşdə Monteneqroda yaşayan Azərbaycan diasporunun nümayəndələri, o cümlədən, Azərbaycan Respublikasının Monteneqrodakı diplomatik nümayəndəliyinin əməkdaşları, Azərbaycan – Monteneqro İqtisadi və Mədəni əlaqələr Mərkəzinin üzvləri iştirak edib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Yürüş iştirakçıları bu tarixi […]

Cəmiyyət

Dörd oğlu Vətən Müharibəsində döyüşmüş ana: “Məğlub xalq” ifadəsini üzərimizdən götürdük”

Sentyabrın 27-dən başlayaraq 44 gün davam edən Vətən Müharibəsində rəşadət göstərərək, düşmən üzərində qazandığımız parlaq qələbədə Yardımlı rayonunun da payı az deyil. Müzəffər Ordumuzun sıralarında xidmət edən igid oğullar döyüş meydanında işğalçı ermənilərə sarsıdıcı zərbələr endirdilər. Rayonda elə ailələr var idi ki, onların 3-4 övladı eyni anda cəbhədə vuruşurdu. Bu gün döyüşlərdə qəhrəmancasına vuruşan hərbçilərimizin […]

Siyasət

Lavrov Qarabağla əlaqəli razılaşmanın həyata keçiriləcəyinə əmindir

Rəsmi Moskva Rusiya Federasiyası, Azərbaycan və Ermənistanın Dağlıq Qarabağla əlaqəli bağladığı üçtərəfli razılaşmanın pozulmasına dair heç bir əlamət görmür. “İnterfax” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər naziri (XİN) Sergey Lavrov deyib: “Əminəm ki, razılaşdığımız hər şeyi həyata keçirsək – hansı ki, indiyə qədər kiminsə bu razılaşmaları pozmağa çalışdığına dair heç bir əlamət görmürəm – […]

Cəmiyyət

İşğaldan azad olunmuş rayonlarımızda DTX fəaliyyətə başlayır – RƏSMİ

İşğaldan azad edilmiş ərazilərdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) idarə və şöbələri fəaliyyətə başlayır. Bununla bağlı DTX məlumat yayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 29 oktyabr 2020-ci il tarixli Fərmanına uyğun olaraq, DTX-nin Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı rayonlarında və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli şöbələri […]

Müharibə

Paşinyanın tərəfdarları müxalifəti Qarabağdakı sülhməramlılara qarşı çıxmağa çağırdılar

Ermənistanda hakim parlament fraksiyası “Mənim addımım” müxalifəti Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edir. “İnterfax” xəbər verir ki, fraksiya müxalifəti Dağlıq Qarabağda rus sülhməramlılarının yerləşməsinə qarşı çıxmağa çağırıb: “Qarabağ Müharibəsinin sona çatmasına dair razılaşmanın qanuniliyini müzakirə etməzdən əvvəl müxalifətə Rusiyanın vasitəçiliyinə qarşı olduqlarını, Rusiya sülhməramlılarının münaqişə zonasından çəkilməsinə dəstək verdiklərini və müharibəni davam etdirməyə […]

İqtisadiyyat

Mərkəzi Bank valyuta hərracı keçirib

Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Mərkəzi Bank tərəfindən verilən məlumata əsasən, bu gün həyata keçirilən valyuta hərracında tələb 63,4 milyon ABŞ dollarını təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Dünya

Rusiyada əcnəbi sürücülərə qarşı tələb sərtləşdirilir

Rusiya Federasiyasında yaşamaq üçün icazə almış xarici sürücülər və ya xaricdən gələn Rusiya Federasiyası vətəndaşları üçün tələblər sərtləşir. “Kommersant”ın məlumatına görə, bu barədə sürücülərin hazırlanması ilə bağlı RF hökumətinə təqdim edilən qanun layihəsində bildirilir. Qeyd edilib ki, hazırda sözügedən sürücülər etibarlılığı məhdud olmayan xarici sürücülük vəsiqələri ilə avtomobillərini idarə edə bilirlər. Nəticədə, bu cür sürücülər […]