AKTUAL

Qarabağda Rusiya və Türkiyə hərbçiləri harada yerləşdiriləcək? – VİDEO

Ermənistan ordusu Qarabağdan çəkilməyə başlayıb. Bu barədə “A Haber”in Azərbaycana ezam olunmuş müxbiri Kərim Ulak deyib. O, Yevlax şəhərindən hazırladığı reportajda Rusiya və Türkiyə hərbçilərinin bölgədəki yerləri və onların missiyaları barədə məlumat verib. Kərim Ulak Türkiyə hərbçilərinin artıq bölgəyə gəldiyini bildirib. O, hərbçilərin sayının Rusiya sülhməramlıları ilə eyni (1960) olacağını vurğulayıb. Reportajda bildirilir ki, bölgədə […]

Xarici siyasət

Türkiyə XİN rəhbərindən Qarabağla bağlı bəyanat barədə VACİB AÇIQLAMA

“Azərbaycanın istədiyi bir şey var idi: 30 ilə yaxındır işğalda olan torpaqlarını geri almaq”. Bunu Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu Azərbaycan mediasının suallarını cavablandırarkən bildirib. Onun sözlərinə görə, son bəyanata görə, Azərbaycanın bütün torpaqları təkrar geri verilir: “Türkiyə əvvəldən bildirdi ki, qardaş Azərbaycan torpaqları ilə bağlı hansı həll yolunu seçirsə, biz yanındayıq. Azərbaycanın […]

Müharibə

“Naxçıvan məsələsində müddətin qoyulmaması mütərəqqi hadisədir” – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında imzalanmış üçtərəfli bəyanatda ən böyük maddələrdən biri Naxçıvanla Mehri və Zəngilan arasında yolun açılmasıdır. Xəbəral.az xəbər verir ki, Ermənistan vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar […]

Müharibə

Rusiya helikopterləri Qarabağda sülhməramlı əməliyyatlarda istifadə ediləcək

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Mi-8 və Mi-4 helikopterləri Qarabağdakı münaqişə zonasında hərbi əməliyyatların dayandırılmasına nəzarət edəcək. Bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Helikopterlər Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs və hərbi əməliyyatlara nəzarət bölgələrinin hava monitorinqini həyata keçirmək üçün sülhməramlı əməliyyatlara cəlb ediləcəklər”, – məlumatda bildirilib. Müdafiə Nazirliyindən qeyd edilib ki, helikopterlər maddi-texniki avadanlıqların […]

Ölkə

Azərbaycanda internet məhdudiyyəti ləğv olundu

Bu gündən Ermənistan Respublikası tərəfindən törədilən genişmiqyaslı təxribatların, kiberinsidentlərin qarşısının alınması məqsədilə ölkəmizdə internetin verilişinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət işğaldan azad olunmuş və keçmiş cəbhəyanı ərazilər istisna olmaqla, aradan götürülüb. Məhdudiyyət səhər saatlarından etibarən ləğv edilib. Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 27 sentyabr 2020-ci il tarixindən ölkə üzrə internetin verilməsində məhdudiyyətlər tətbiq etmişdi.

Dünya

İspaniya uçan taksilərin xidmətindən istifadənin vaxtını elan etdi

İspaniyanın iki şəhərində turistlər uçan taksi xidmətlərindən istifadə edə biləcək. “Euro-pulse” bu barədə İspaniyanın “Enaire” hava aeronaviqasiya şirkətinə istinadən xəbər verib. Aero-taksilərin xidmətindən 2022-ci ildə Barselona və Santiaqo-de-Kompostela şəhərlərində istifadə olunması nəzərdə tutulur. Hələlik uçan taksilərin xidmətlərindən yalnız əyləncə məqsədi ilə istifadə olunacaq. Belə ki, mütəxəssislər bu nəqliyyat vasitəsinin ətraf mühitə təsirini qiyməndirməlidirlər.

Müharibə

BMT Təhlükəsizlik Şurası Qarabağla bağlı razılaşmanı müzakirə etdi

BMT Təhlükəsizlik Şurasının iclasında Rusiya təşkilatın üzvlərini Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması razılaşması ilə bağlı məlumatlandırıb. Bununla bağlı TASS təşkilatdakı mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, iclas qapalı keçirilib. Qeyd edək ki, noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda hərbi […]

Ölkə

Azərbaycanda Konstitusiya Günüdür – VİDEO

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya günüdür. Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. Artıq 25 ildir Azərbaycan noyabrın 12-ni Konstitusiya günü kimi qeyd edir. Bu ilki Konstitusiya Gününün bir özəlliyi var. Belə ki, ilk dəfə Konstitusiyamız illərdir düşmən işğalında olan torpaqlarımıza da faktiki […]