Siyasət

Lavrov Qarabağla əlaqəli razılaşmanın həyata keçiriləcəyinə əmindir

Sharing is caring!

Rəsmi Moskva Rusiya Federasiyası, Azərbaycan və Ermənistanın Dağlıq Qarabağla əlaqəli bağladığı üçtərəfli razılaşmanın pozulmasına dair heç bir əlamət görmür.

“İnterfax” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər naziri (XİN) Sergey Lavrov deyib:

“Əminəm ki, razılaşdığımız hər şeyi həyata keçirsək – hansı ki, indiyə qədər kiminsə bu razılaşmaları pozmağa çalışdığına dair heç bir əlamət görmürəm – hamı qazanacaq”.

“Mən buna əminəm və biz erməni həmkarlarımızla əlaqə qururuq: dünən Prezident Putin Ermənistan baş naziri ilə danışıb və mən bu səhər Ermənistan xarici işlər naziri ilə danışdım – əminəm ki, Ermənistan hökuməti bütün məsuliyyətini başa düşür, anlayır ki, razılaşmanı xalqının yüksək maraqlarına əsaslanaraq imzalayıb”, – Lavrov qeyd edib.

Rusiya XİN başçısı əmindir ki, “razılaşmanın bütövlüyü qorunacaq və o, həyata keçiriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir