Gündəm

“İrşad Elektronics” mənim kimi müştəriləri aldadıb…” – GİLEY

“İrşad Elektronics” nəhayət, mənə məlumat verdi ki, siz telefonu təhvil verəndə üstündə cızıq olub, deməli telefonu satıcı satanda üstündə cızıq olduğunu görməyin mümkün olmadığı üçün göstərir satır, sonradan “İrşad Elektronics”in texniki servisində işçidə olan xüsusi işıq vasitəsilə üstünün cızığını görməyin mümkün olduğunu öyrəndim”. Bu barədə Asif Əmiraslanov adlı narazı vətəndaş sosial şəbəkədə gileyini çatdırıb. Narazı […]

Sosial

“Atəşgah” da dövlətə meydan oxuyur: – Tanınmış sığorta şirkəti Qarabağ əlilini niyə “süründürür?”

“Özünü şirkətin əməkdaşı kimi təqdim edən bir şəxs mənə zəng vuraraq, ofisə dəvət etdi”. Qarabağ qazisi, II qrup əlil Məmmədov Natiq İslam oğlu “Atəşgah” Sığorta Şirkətinin öz öhdəliyini yerinə yetirmədiyini bildirib.. Natiq Məmmədovun sözlərinə görə, oktyabrın 13-də Biləcəri dairəsindən “Yaşıl bazar”a gedən yoldakı işıqforda dayandığı zaman sərnişin avtobusu onun 01 CA 554 dövlət nişanlı avtomobilini […]

Siyasət

Prezident İlham Əliyev şanlı zəfər tariximizin memarıdır – AÇIQLAMA

“Ölkəmizin ali hüquqi normativ aktının – Konstitusiyamızın qəbul edilməsinin 25-ci ili tamam olur. Ermənistanın ölkə ərazisinin 20 faizini işğal etməsi konstitusiyanın fundamental təməl prinsiplərinin tədbqini mümkünsüz edib. 27 Sentyabr tarixi bizlərə şanlı tarixi yaşamağı və bu tarixə şahidlik etmək missiyasını yaşatdı. Möhtərəm cənab Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuzun başlatdığı əks həmlə əməliyyatları nəticəsində […]

AKTUAL

Hannoverdə Azərbaycanın tarixi qələbəsi qeyd olunub

“Bakı” Alman-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə 30 ilə yaxındır davam edən Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın tarixi qələbəsi münasibətilə aksiya keçirilib və yerli ictimaiyyət məlumatlandırılıb. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Hannover şəhərinin mərkəzində baş tutan aksiyada soydaşlarımız alman ahıllara gül dəstələri hədiyyə edərək Azərbaycanın şanlı qələbəsi haqqında məlumat verib. Aksiya iştirakçıları həmçinin […]

İdman

Ronaldu şöhrət qazandığı kluba qayıda bilər – İDDİA

“Yuventus”un ulduz futbolçusu Kriştiano Ronaldu “Mançester Yunayted”ə qayıda bilər. Bu barədə xəbər verən ESPN agentliyinin jurnalisti Kristian Martin bildirib ki, İngiltərə klubu portuqaliyalı futbolçunu geriyə qaytarmaqda maraqlıdır. Jurnalist iddia edir ki, 35 yaşlı hücumçunun özü də mövsümün sonunda “Mançester Yunayted”ə keçmək variantını nəzərdən keçirməyə hazırdır. Xatırladaq ki, K.Ronaldu 2003-2009-cu illərdə “Mançester Yunayted”in formasını geyinib.

İqtisadiyyat

Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı müzakirə edilib – FOTO

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin Ticarət naziri Ruhsar Pekcan arasında onlayn formatda görüş keçirilib. Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə İqtisadiyyat naziri vurğulayıb ki, hər iki ölkənin dövlət başçılarının səmimi münasibətləri Azərbaycan-Türkiyə əməkdaşlığının inkişafını şərtləndirən əsas amillərdəndir və dostluğa, qardaşlığa əsaslanan əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Mikayıl Cabbarov Türkiyənin hər […]

Dünya

Türkiyə Azərbaycana dəmir yolu çəkməyi planlaşdırır

Türkiyə Qafqazdakı son hadisələr fonunda Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ərazisinə dəmir yolu xətti çəkmək niyyətindədir. “Anadolu” agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismayıloğlu məlumat verib. O bildirib ki, ilkin araşdırmalar tezliklə başa çatacaq və dəmir yolu xəttinin inşasına start veriləcək.

Təhsil

Şagirdlərin yerdəyişməsinə başlanılır

16 noyabr, saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi portalı aktiv olacaq. Təhsil Nazirliyindən verilən məlumata görə, şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə sistemdən istifadə üçün www.sy.edu.az portalına daxil olaraq, qeydiyyatdan keçmək lazımdır. Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir.

Siyasət

Milli Məclis Prezidentə və xalqa müraciət edəcək

Milli Məclisin növbəti plenar iclasının vaxtı məlum olub. Xəbəral.az xəbər verir ki, plenar iclas noyabrın 13-də keçiriləcək. İclasın gündəliyinə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti haqqında məsələ daxil edilib.

Cəmiyyət

Azərbaycanın işğaldan azad olunan ərazilərinə polis şöbələri köçürülür – AÇIQLAMA

“Müvafiq Polis Şöbələrinin işğaldan azad olunan ərazilərimizə köçürülməsinə başlanılıb”. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov  bildirib. Onun sözlərinə görə, artıq Şuşa Polis Şöbəsinin əməkdaşları işğaldan azad edilmiş Şuşa şəhərindədir: “Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanı”na uyğun olaraq Daxili İşlər naziri, general-polkovnik Vilayət […]