İdman

Ronaldu şöhrət qazandığı kluba qayıda bilər – İDDİA

Sharing is caring!

“Yuventus”un ulduz futbolçusu Kriştiano Ronaldu “Mançester Yunayted”ə qayıda bilər.

Bu barədə xəbər verən ESPN agentliyinin jurnalisti Kristian Martin bildirib ki, İngiltərə klubu portuqaliyalı futbolçunu geriyə qaytarmaqda maraqlıdır.

Jurnalist iddia edir ki, 35 yaşlı hücumçunun özü də mövsümün sonunda “Mançester Yunayted”ə keçmək variantını nəzərdən keçirməyə hazırdır.

Xatırladaq ki, K.Ronaldu 2003-2009-cu illərdə “Mançester Yunayted”in formasını geyinib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir