İqtisadiyyat

Azərbaycanda sənaye məhsullarının istehsal həcmi açıqlanıb

Sharing is caring!

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar-oktyabr aylarında 30,7 milyard manatlıq sənaye məhsulu istehsal edilib.

XəbərAl.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə, 4,5 faiz azdır.

Bu azalma neft-qaz sektorunda məhsul istehsalının 6,1 faiz azalması, sənayenin qeyri-neft-qaz sektorunda isə məhsul istehsalının 11,5 faiz artması hesabına yaranıb.

Sənaye məhsulunun 60,3 faizi mədənçıxarma sektorunda, 33,6 faizi emal sektorunda, 5,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,6 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 7,3 faiz artıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir