Siyasət

Prezident: “Rusiya Minsk qrupunun həmsədr ölkəsidir, bütün həmsədrlər kimi neytral mövqedə olmalıdır”

“Mən dəfələrlə demişəm, əgər Ermənistan bu gün atəşi dayandırsa və danışıqlar masası arxasında konstruktiv mövqe nümayiş etdirsə, qalan torpaqlarımızdan qoşunların çıxarılması ilə bağlı üzərinə konkret öhdəlik götürsə, biz dayanmağa hazırıq. Biz hesab edirik ki, münaqişənin hərbi həlli siyasi müstəviyə keçməlidir və biz buna hazırıq. Ümid edirəm ki, Ermənistanın acı məğlubiyyəti onları vadar edəcək ki, onlar […]

Dünya

Almaniyada Konstitusiyadan “irq” sözü çıxarıla bilər

Almaniyada Konstitusiyadan “irq” sözü çıxarıla bilər. RT-nin məlumatına görə, bu barədə AFR-in Ədliyyə naziri Kristin Lambrext bildirib. “Müxtəlif irqlərin mövcud olmadığı barədə tam bir razılıq var… Bu səbəbdən federal hökumətdə bu mərhələdə əsas qanuna yenidən baxmağı qəbul etdik”, – deyə o bildirib. Siyasətçi, “irq” termininin Almaniya Federativ Respublikasının Konstitusiyasına 1949-cu ildə “özünü nasist irq ideologiyasından açıq şəkildə […]

Siyasət

İlham Əliyev: “Biz erməni faşizminin belini qırırıq”

“Baxmayaraq ki, bizim ordumuz çox uğurlu əməliyyatlar həyata keçirirdi, beynəlxalq vasitəçilərin təklifləri nəzərə alınaraq üç dəfə atəşkəslə bağlı Ermənistanla razılığa gəlindi. Lakin hər dəfə onlar atəşkəsi kobud şəkildə pozdu”. Bu sözləri Prezident İlham Əliyev Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən zaman deyib. Prezident bildirib ki, Ermənistan öz faşist əməllərindən əl […]

Təhsil

Təhsil Nazirliyindən XƏBƏRDARLIQ

Noyabrın 11-dən Təhsil Nazirliyi tərəfindən https://e-telebe.edu.az elektron portalı vasitəsilə müraciətlərin qəbulu prosesi dayandırılacaq. Bu barədə nazirliyin yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, müraciətlər üçün son tarix 10 noyabr 2020-ci il nəzərdə tutulur. Tələbələrin qeyd edilən tarixədək https://e-telebe.edu.az elektron portalına müraciətlərini yekunlaşdırması, natamam müraciətləri tamamlayaraq təsdiq etməsi xahiş olunur. Təhsil müəssisələri tələbələrin bu barədə təkrar məlumatlandırılmasını təmin etməli, […]

Cəmiyyət

“Araz” supermarket şəbəkəsi də “Johnson & Johnson” məhsullarını satışdan çıxarıb – FOTO

“Araz” supermarket şəbəkəsi “Johnson & Johnson” şirkətinin məhsullarının satılmasından imtina edib. Bu barədə supermarket şəbəkəsi sosial media hesabında məlumat verib. “Araz” şəbəkəsi “Rahat” supermarketlər şəbəkəsinin başladığı təşəbbüsü dəstəkləyərək “Johnson & Johnson” şirkətinin bütün məhsullarını satışdan yığışdırıb. Qeyd edilir, ki bu addım “Johnson & Johnson” şirkətinin paylaşımında separatçı qurumun adını çəkməklə Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşmasına […]

Siyasət

Prezidentin köməkçisi onun adından açılmış saxta sosial şəbəkə hesablarını ifşa etdi – FOTO

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev onun adından açılmış saxta sosial şəbəkə hesabları barədə danışıb. Bu barədə Hikmət Hacıyev rəsmi “Twitter” hesabında yazıb. “Hörmətli izləyicilər! Mənim adıma “Twitter”də “@hikmet_hajiyev” və “Telegram”da “Hikmet Hajiyev” kanalı kimi ünvanlar yaradılmışdır. Bundan əvvəl “Instagram” və “Facebook”da belə saxta profillər yaradılmışdı. Mənim yalnız “Twitter”də “@HikmetHajiyev” […]

Dünya

İran ABŞ-ın yeni prezidenti ilə nüvə anlaşması çərçivəsində dialoqa hazırdır

İran nüvə razılaşması çərçivəsində ABŞ-ın növbəti prezidenti ilə dialoqa hazırdır. Press TV xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə deyib. “Yeni hökumətin hansı partiyaya mənsub olmasından asılı olmayaraq, ABŞ-da hansı siyasətin yürüdüləcəyinə əsaslanacağıq. Dialoq üçün çərçivə aydındır – Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA)”, – o qeyd edib. Xətibzadə əlavə edib […]

Müharibə

Azərbaycanın ABŞ-dakı səfiri ölkəmizə qarşı səsləndirilən qərəzli iddialara cavab verib

ABŞ-ın “Washington Times” qəzetinə müsahibəsində Azərbaycan səfiri Elin Süleymanov son zamanlar bəzi mətbu orqanlarda guya Azərbaycan və Ermənistan arasında gedən döyüşlərdə suriyalı muzdluların iştirak etməsi kimi qərəzli və  əsassız iddialara cavab verərək, bunun Sovetsayağı təbliğat olduğunu bildirib. Azərbaycanın ABŞ-dakı Səfirliyindən verilən məlumata görə, səfir qeyd edib ki, Ermənistan tərəfinin bu kimi cəfəng iddialar yaymaqda əsas məqsədi […]

Dünya

Pentaqon Afrika, Avropa və Yaxın Şərqdəki hərbi attaşeləri geri çağırır

ABŞ Müdafiə Nazirliyi dünyanın bir neçə ölkəsindəki səfirliklərində hərbi attaşeləri geri çağırıb və başqaları ilə əvəzləməyə başlayıb. Bu barədə “The Wall Street Journal” məlumat yayıb. Mənbələrin verdiyi məlumata görə, qərarlar Pentaqonun 2017-ci il qanununa uyğun olaraq 2022-ci ilin dekabrına qədər 110 nəfəri general və ya admiral rütbəsində ixtisar edilməsi ilə bağlıdır. Digər bir səbəb Rusiya və […]