Siyasət

Binali Yıldırım: “Türkiyə bu haqsız oyunu pozmaq üçün bütün imkanlarından istifadə etməyə qərarlıdır” – FOTO

Mərhum Heydər Əliyevin dediyi kimi biz bir millət, iki dövlətik. Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın dediyi kimi Qarabağ bir gün mütləq əsl sahibinə geri dönəcəkdir. Bu sözləri ölkəmizdə səfərdə olan Türkiyə Cümhuriyyətinin sabiq Baş naziri, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Binali Yıldırım “Twitter” hesabında yazıb. “Həmd olsun, bölgədən hər ötən gün yeni müjdələr gəlməyə başladı. […]

AKTUAL

ANAMA əməkdaşının minaya düşməsilə bağlı cinayət işi başlanılıb

Ermənistanın silahlı qüvvələri Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində geri çəkildikcə əraziləri minalayaraq növbəti təxribat əməllərinə yol verməklə, artıq yeni metodlardan istifadə edib dinc sakinlərimizə qarşı cinayət əməllərini davam etdirir.   Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, 2 noyabr 2020-ci il tarixdə partlamamış silah-sursatın axtarışı ilə bağlı Cəbrayıl rayonunun Mehdili kəndinə ezam olunmuş Azərbaycan Respublikası Ərazilərinin […]

Siyasət

Ceyhun Bayramov Türk Şurasının Baş katibi ilə erməni təxribatını müzakirə edib – FOTO

Bu gün Xarici İşlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi (Türk Şurası) Bağdad Amreyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Qarşı tərəfi səmimi salamlayan nazir Ceyhun Bayramov son zamanlar Türk Şurasını Baş katibinin ölkəmizə səfərlərinin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinə əlavə dəstək verdiyini vurğuladı. Türk Şurası tərəfindən Azərbaycanın mövqeyi ilə bağlı […]

AKTUAL

Kanadanın Kalqari şəhərindəki azərbaycanlı icması həmrəylik yürüşü keçirib – FOTO

Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətinin (ALACS) təşkilatçılığı ilə Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə yerli ictimaiyyəti məlumatlandırmaq məqsədilə dinc etiraz yürüşü keçirilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Azərbaycana qarşı qərəzli və qeyri-obyektiv reportajlar verən “Globe And Mail” və “The Canadian Press” media şirkətlərinin ofisləri önündən başlayan yürüş Kalqari şəhər bələdiyyəsinin binası qarşısında sona çatıb. […]

Siyasət

Ombudsman ermənilərin Gəncəyə raket atması nəticəsində ziyan dəymiş tarixi-dini abidələrə dair hesabat

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərini ballistik raketlərlə atəşə tutması nəticəsində ciddi ziyan dəymiş tarixi-dini memarlıq abidələrinə dair aralıq hesabat hazırlayıb. Ombudsman Aparatından bildirilib ki, hesabat Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərini ballistik raketlərlə atəşə tutması nəticəsində ciddi ziyan dəymiş “İmamzadə Ziyarətgah” Kompleksi və Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsində […]

Siyasət

Sahibə Qafarova Türkiyə Respublikasının keçmiş Baş naziri Binəli Yıldırımla görüşüb – FOTO

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin keçmiş Baş naziri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq sədri, millət vəkili Binəli Yıldırımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Sədr qonaqları salamlayaraq, ölkəmiz üçün belə bir həssas dönəmdə Azərbaycana səfər etdikləri üçün nümayəndə heyətinin hər bir üzvünə öz dərin […]

Dünya

Dağıstanda sərhədin açılmasını gözləyən azərbaycanlılar müvəqqəti yaşayış mərkəzinə köçürülüb

Dağıstanın Dərbənd və Məhərrəmkənd rayonlarının sərhədində, Kullar kəndi yaxınlığında müvəqqəti düşərgədə sərhədlərin açılmasını gözləyən Azərbaycan vətəndaşları, soyuq hava səbəbindən respublikanın Kaytaq bölgəsində uşaq düşərgəsi bazasında müvəqqəti yaşayış mərkəzinə (MYM) köçürülüb. Bu barədə TASS xəbər yayıb. Bildirilir ki, hazırda MYM-də 280-dən çox insan var. “Müvəqqəti yaşayış mərkəzində yaşamaq üçün bütün lazımi şərait yaradılıb”, – deyə agentliyə mənbədən məlumat […]

Cəmiyyət

Azərbaycan vətəndaşlarından Türkiyəyə dəstək – VİDEO

Türkiyənin İzmir vilayətində baş verən zəlzələ Azərbaycanda da dərin narahatlıqla izlənilib. “HaberGlobal”ın hazırladığı reportajda Bakı sakinlərinin Türkiyə dövləti və qardaş türk xalqı ilə kədərlərinin bölüşüldüyü əks olunub. Türkiyə kanalına müsahibə verən paytaxt sakinləri həyatını itirənlərə Allahdan rəhmət, xəsarət alanlara isə tezliklə şəfa diləyiblər. Müsahiblər Azərbaycan ordusunun Qarabağda keçirdiyi hərbi əməliyyatlara öz mənəvi dəstəyini göstərən Türkiyə dövlətinə də minnətdarlıqlarını […]