MARAQLI

Böyük səhraya düşən meteoritdə Marsa məxsus su tapılıb – FOTO

Elm adamları Böyük səhraya düşən meteoritdə Marsa məxsus su tapıblar. Tədqiqatın nəticələri “Science Advances” jurnalında dərc edilib. Bildirilir ki, 2012-ci ildə yerə düşən “NWA 7533” meteoritinin mineral tərkibi suya xas olan oksidləşmə əlamətləri göstərib. Əvvəllər elm adamları suyun Qırmızı Planetdə 3.7 milyard il əvvəl meydana gəldiyini fərz edirdilər. Yeni bir araşdırmaya görə, bu, ən az 700 […]

Dünya

Tailand kralı son 40 ildə ilk dəfə müsahibə verib

Tailand kralı Maha Vatçiralonqkon (X Rama) bazar günü axşam Banqkok və Tailandın digər şəhərlərindəki etirazlara münasibət bildirib. “RİA Novosti” xəbər verir ki, bu, kralın 40 ildən sonra verdiyi ilk müsahibəsidir. Əvvəlcə “Şərh yoxdur” deyən monarx sonra üç dəfə ingilis dilində “Onsuz da onları sevirik”, – deyib. O, jurnalistin Tailandın etirazçılarla kompromisə gedib-getməyəcəyi sualını da cavablandırıb: […]

Mədəniyyət

Məşhur italiyalı aktyor vəfat etdi

Məşhur italiyalı aktyor Cici Proyetti 80 yaşında vəfat edib. Bu barədə “Messaggero” nəşri məlumat yayıb. Qeyd olunur ki, aktyor ad günündə Roma şəhərindəki xəstəxanalardan birində vəfat edib. O bir müddət əvvəl ürəyindəki ağrılardan şikayətləndiyi üçün xəstəxanaya yerləşdirilmişdi. C.Proyetti əsasən komediya filmlərində oynadığı rollarla və televiziya aparıcısı kimi məşhurluq qazanıb.

Kriminal

Yevlaxda kişi ehtiyatsızlıqdan bacısı oğlunu güllələdi

Yevlax sakini ehtiyatsızlıqdan bacısı oğlunu güllələyib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ötən gün Yevlax şəhəri Ü.Hacıbəyov küçəsində şəhər sakini E.Mahmudov pnevmatik idman tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən bacısı oğlu M.Bəkirov qarın nahiyəsindən xəsarət alıb. Xəstəxanaya yerləşdirilən M.Bəkirovun vəziyyəti qənaətbəxşdir. Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Mahmudov saxlanılıb, hadisə […]

İdman

“Davam” təsis olundu: Rəsul Çunayev üzv seçildi

Bu gün “Davam” Ümumrespublika Gənclər Hərəkatının Təşəbbüs Qrupunun media brifinqi keçirilib. Brifinqdə iştirak edən XəbərAl.Az-ın əməkdaşının verdiyi xəbərə görə, yeni yaradılmış gənclər hərəkatının təşəbbüs qrupunun səkkiz üzvü seçilib. Bunlar Natiq Mehdiyev, Nihad Allahyarlı, Reyhan Camalova, Sara Rəhimli, Rəsul Çunayev, Sabir Rüstəmov, Məhəmməd Türkmən və Nərmin Knyazlıdır. “Davam”ın əsas məqsədi ictimai-siyasi proseslərdə aktiv rol almaq, gənclər və […]

Şou-Biznes

Türkiyənin məşhur serialında “Ay Laçın” səsləndi – VİDEO

Türkiyənin “TRT 1” telekanalında yayımlanan və izlənmə rekordları qıran “Payitaht Abdülhamit” teleserialında Azərbaycanın haqq mübarizəsinə dəstək ifadə olunub. Serialda hökmdar bir Azərbaycan mahnısı oxumasını istəyir. İsmayıl Haqqı əfəndi obrazını canlandıran aktyor isə “Ay Laçın” xalq mahnısını səsləndirib. Azərbaycan Ordusunun işğal altında olan ərazilərimizin azad olunması ilə bağlı uğurlu əməliyyatlarını nəzərə alaraq bu səhnə sosial şəbəkələrdə geniş […]

Müharibə

Azərbaycanın haqq savaşında yeni mərhələ: Hərbi aviasiya işə salındı – VİDEO

Azərbaycan ordusunun Qarabağda həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar davam edir. “Caliber” “Youtube” kanalında yayımlanan xüsusi süjetdə son günlər Azərbaycan Silahlı Qüvələrinin hərbi aviasiyadan, konkret olaraq qırıcı təyyarələrin xidmətindən istifadə etməsinin səbəblərinə toxunulub. Müəllif qeyd edir ki, Azərbaycanın qırıcı təyyarələrdən istifadə etməyə başlaması və bunun hərbi rəhbərlik tərəfindən bəyan edilməsi yaxın günlərdə düşmənin növbəti xüsusi qruplaşmalarının məhv […]