AKTUAL

Zəngilandan 301 milyon manat qanunsuz gəlir əldə edən isveçrəlilər beynəlxalq axtarışa verildi – RƏSMİ

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının işğal olunan Laçın, Kəlbəcər və digər işğal olunan rayonların ərazilərində erməni əsilli xarici dövlətlərin vətəndaşları olan şəxslərin ekologiya və yerin təkinin istismarı qaydalarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktları üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində 21.10.2015 və 30.03.2018-ci il tarixlərdə Cinayət Məcəlləsinin 192.2.3 (qanunsuz sahibkarlıq) […]

İqtisadiyyat

Azərbaycanda “Pinterest” istifadəçilərinin sayı “Facebook”u üstələdi

Oktyabr ayında ölkədə “Pinterest” istifadəçilərinin sayı artıb. Azərbaycanda ən çox aktivliyin qeydə alındığı sosial platforma “Pinterest” olub. Xəbəral.az-ın “Global Stats”dan əldə etdiyi məlumata əsasən, oktyabr ayında bu sosial platformada aktivlik səviyyəsi 73,38 faiz olub. Ölkədə “Facebook” istifadəçilərinin sayı isə ümumi sosial şəbəkə istifadəçilərinin sayının 10,35 faizini təşkil edib. Halbuki bu göstərici sentyabr ayında 37,19 faiz […]

Müsahibə

Ordumuza sovqat hazırlayan pravoslav rahib: “Əsgərlərə mənəvi dayaq olmalıyıq” – FOTO/MÜSAHİBƏ

Bu gün bütün Azərbaycan xalqı Azərbaycanın apardığı vətən müharibəsində hərbçilərimizin yanındadır. Hər kəs fərd olaraq əllərindən gələni etməyə çalışır. Arxa cəbhədə bu birlik, bərabərlik təbii ki, ön cəbhədə hərbçilərimizə ruh yüksəkliyi gətirir. Qələbəyə doğru addımladığımız bu günlərdə xoş niyyətli yardımlardan biri də Azərbaycan pravoslav xristianlarının şəhərin mərkəzindəki Mixail-Arxangel məbədindən gəlib. Kilsə çalışanları hərbçilərə bir neçə […]

Hadisə

Xaçmazda azyaşlı maşının altında qaldı

Xaçmazda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 31-də saat 19:00 radələrində Xaçmaz rayonunun Armudpadar kəndi ərazisində Ağyazı Buduq kənd sakini N.Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini azyaşlı Həmzəlini vurub. Qəza nəticəsində uşaq hadisə yerində vəfat edib. Faktla bağlı Xaçmaz Rayon Polis […]

İqtisadiyyat

Azərbaycanda “Android”in bazardakı payı azalıb

Azərbaycanda “Windows”un bazardakı payı artıb. Xəbəral.az-ın “Global Stats”dan əldə etdiyi məlumata əsasən, oktyabr ayında “Windows” istifadəçilərinin sayı 46,57 faiz təşkil edib. Ötən ay “Android” istifadəçilərinin sayı “Windows” istifadəçilərinin sayından çox olsa da, oktyabrda “Android” birinciliyi əldən verərək ikinci yerdə qərar tutub. Oktyabr ayında bazarda “Android” istifadəçilərinin sayı 36,63 faiz təşkil edib. Sentyabr ayında bu göstərici […]

Dünya

İran 25 əyalət paytaxtına giriş-çıxışı bağlayıb

İran Tehran başda olmaqla 25 əyalət paytaxtına giriş-çıxışı bağlayıb. Bu barədə “RİA Novosti” xəbər yayıb. Bildirilir ki, bağlanan şəhərlər sırasında Məşhəd, İsfahan, Şiraz və Təbriz kimi iri şəhərlər də var. Koronavirusla bağlı qoyulan bu məhdudiyyətlər noyabrın 6-na qədər davam edəcək. Qeyd edək ki, bir gün əvvəl İranda COVID-19-dan rekord həddə – 434 ölüm olub. Bundan […]

Mədəniyyət

Məşhur aktyor avtomobilini oğurlamağa çalışan soyğunçular tərəfindən güllələnib – FOTO

Məşhur aktyor Eddi Hessell soyğunçuluğun qurbanı olub. “Daily Star”ın məlumatına görə, hadisə ABŞ-ın Texas ştatında baş verib. Məlumata görə, ulduz avtomobilini oğurlamağa çalışanlar tərəfindən güllələnib. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hassell daha çox “The Surface”, “Bones”, “Til Death” və “Southland” filmlərindəki rolları ilə məşhurdur. Bundan başqa o, “Apple”ın qurucusuna həsr olunmuş “Jobs” filmində də rol alıb. […]

Cəmiyyət

Əmlakını qeydiyyata almaq istəyənlərin NƏZƏRİNƏ

Növbəti səyyar sənəd qəbulunun vaxtı açıqlanıb. Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata görə, istismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu noyabrın 4-ü Xətai rayonu, M.Hadi küçəsi, 2944A ünvanında keçiriləcək. Digər səyyar sənəd qəbulu noyabrın 6-da isə Xətai rayonu, G.Şıxlınski küçəsi 2942b […]

Cəmiyyət

Sabahın havası: Duman, külək, yağış…

Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 13-15, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 […]

Hadisə

Bakıda su quyusu qapaqlarını oğurlayanlar tutuldular

Bakıda su quyularının qapaqlarını oğurlayan şəxslər saxlanılıb. Bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 31-də rayon ərazisində 5627 manat dəyərində 44 ədəd su quyusunun qapaqlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri N.Fərəcov, Ş.Əzimov və qardaşı tutulublar.