Dünya

İzmirdəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 85 nəfərə çatıb – VİDEO

Türkiyənin İzmir şəhərində 6,6 bal gücündə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 85-ə çatıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat verib. 11:53 Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı artıb. “Haber Global”ın yaydığı məlumata görə, Ətraf Mühit və Şəhərsalma Nazirliyindən bildirilib ki, zəlzələ nəticəsində ölənlərin sayı 83 nəfərə çatıb. […]

İdman

Messi üç aydır ancaq penaltilər sayəsində fərqlənə bilir

Son vaxtlar “Barselona”nın hücumçusu Lionel Messinin nəticələri ürəkaçan deyil. “Championat” xəbər verir ki, ulduz futbolçu artıq üç aydır adi oyun vəziyyətindən qol vura bilmir və rəqiblərin qapısına yalnız penalti vasitəsilə yol tapır. Argentinalı hücumçu sonuncu dəfə avqustun 8-də Çempionlar Liqasında “Napoli”yə qarşı keçirdiyi oyunda adi vəziyyətdən fərqlənə bilib. O vaxtdan bəri L.Messi “Barselona”da doqquz, Argentina […]

Gündəm

İlham Əliyev: “Daha səkkiz kənd işğaldan azad olundu” – FOTO

Azərbaycan Ordusu daha bir neçə kəndi işğaldan azad etdi. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi “Twitter” səhifəsində yazıb. “Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşa Bulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad edib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.  

Müharibə

İnsanlıq əleyhinə yönəlmiş silahlar: Düşmənin daha bir mənfur planı – VİDEO

Müdafiə Nazirliyinə İşğal altında olan Xocavənd istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının müdafiə sahəsindəki bölmələrinə xeyli sayda fosfor tərkibli yükün gətirildiyi barədə kəşfiyyat məlumatı daxil olub. Hərbi ekspertlərin sözlərinə görə, fosfor tərkibli silahlar keçən əsrin 50-ci illərinə qədər istehsal olunub. Lakin sonradan hərbi qlobal güclər bu silahların […]

İqtisadiyyat

Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında satılan vəsaitin həcmi azalıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında satılan vəsaitin həcmi azalıb. Azərbaycan Respublikası Dövlət Neft Fondundan verilən məlumata əsasən, Fond tərəfindən valyuta hərraclarında 2020-ci ilin oktyabr ayı ərzində 560,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Bu isə ötən aya nisbətən 7,6 faiz və ya 46,1 milyon ABŞ dolları az olub. Qeyd edək ki, 2020-ci ilin sentyabr […]

Siyasət

İlham Əliyev: “Region üçün böyük təhlükə mənbəyi olan erməni faşizminin belini qırırıq”

“Bir aydan çoxdur ki, müharibə gedir. Biz işğalçılara dərs veririk, onları torpaqlarımızdan qovuruq”. Bunu bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini, Türkiyənin Odalar və Borsalar Birliyinin prezidentini, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədrini və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidentini qəbul edən zaman bildirib. Prezident qeyd edib ki, Azərbaycan ordusu […]

Siyasət

İlham Əliyev Binəli Yıldırımı qəbul edib – VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Türkiyə Respublikasının keçmiş Baş naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Qəbul canlı yayımlanıb: 13:43 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Türkiyə Respublikasının keçmiş Baş naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.  

Müharibə

Prokurorluq Bərdə terroru ilə bağlı altı dildə maarifləndirici video çarxlar hazırlayıb – VİDEO

İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələrinin raket və ağır artilleriya hücumları nəticəsində Azərbaycanın qədim tarix və mədəniyyət mərkəzlərindən biri olan Bərdədə 27 nəfər həlak olub, 105 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Ermənistan Azərbaycanın tarixi-mədəni irs mərkəzlərindən biri olan qədim Bərdə şəhərinə raket zərbələri endirməklə […]