Siyasət

Konstitusiya Məhkəməsinin parlament seçkiləri ilə bağlı iclası mətbuata açıq keçiriləcək

Konstitusiya Məhkəməsinin Plenumunun Milli Məclisə seçkilərlə bağlı iclası mətbuata açıq keçiriləcək. Bu barədə  Konstitusiya Məhkəməsindən bildirilib. Qeyd edək ki, Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası martın 5-i saat 10:00-a təyin edilib. Xatırladaq ki, fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirilmişdi.

Sosial

Nazirlər Kabineti yanında Qərargah: “Koronavirusa yoluxan xəstələrin vəziyyəti stabildir”

“Koronavirusa yoluxan xəstələrin vəziyyəti stabildir”. Bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib. Qarayeva deyib ki, karantinə alınan şəxslərin sayı daim dəyişdiyindən hazırda karantində nə qədər adamın olmasını demək mümkün deyil: “Müayinə və müşahidələr davam edir. Nəticələrlə bağlı məlumatlar Operativ Qərargah tərəfindən ictimaiyyətə verilir”.

Cəmiyyət

Xızı polisi məktəblilərlə görüş keçirib

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xızı RPŞ-nin təşkilatçılığı ilə rayonda yerləşən R.İsmayılov adına tam orta məktəbdə “Narkomaniyaya yox deyək” və “Dini radikalizmə qarşı mübarizə” mövzularında tədbir keçirilib. Tədbirdə Xızı RMX-nın və təhsil şöbəsinin əməkdaşları, həmçinin məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər. Görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Faiq […]

Cəmiyyət

Polis məktəbliləri mükafatlandırdı

  DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Hənifə kənd tam orta məktəbində “Narkomaniya ümumbəşəri bəladır” və “Yol hərəkəti qaydalarına riayət edək” mövzularında maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Polis Şöbəsinin əməkdaşları, məktəbin müəllim kollektivi və yuxarı sinif şagirdləri iştirak edib. Çıxış edən Balakən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı […]

Müharibə

Ordunun şəxsi heyət və döyüş texnikası təlim bölgəsinə yola düşdü – FOTO/VİDEO

Azərbaycan Ordusunda keçiriləcək genişmiqyaslı komanda-qərargah təlimlərinin rəhbərliyi, eləcə də təlimlərə cəlb edilən şəxsi heyət və xüsusi texnika təlim bölgəsinə yola düşüb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Şəxsi heyət və texnikanın bütün hərəkət marşrutlarında komendant xidməti təşkil olunub, kolonların yerdən və havadan müşayiət edilməsi həyata keçirilir. Bir neçə mərhələdən ibarət keçiriləcək təlimlər […]

Araşdırma

Bakida tanınmış həkim özünə avtomabil alıb hələdə pulun vermir-Vətəndaş iddia edir-FOTO-VİDEO

Oxuyacağınız bu xəbər hamınızı şoka salacaq desək həqiqətən yanılmarıq.Bəzi,həkimlərin naşılığı üzündən xəstənin ömürlük şikəst qaldığını və yaxud öldüyünü eşitmişdik amma özünə xarici ölkədən sifarişli bahalı maşın gətizdirib maşını adına keçirdikdən sonra minbir bəhanələr ilə maşını gətirən adamı hələdə get-gələ salmağını isə eşitməmişdiniz.Atalarımız yaxşı deyib: “Oğru elə bağırdı ki, doğrunun bağırı yarıldı.” XəbərAl.az saytına müraciət edən […]

Cəmiyyət

DTX həbs etdiyi Nefçalanın icra başçısı Hindistandan bahalı at alıb

  Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşları tərəfindən rüşvət faktı ilə həbs edilən Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev haqda yeni məlumatlar yayılıb. Azerbaycanrealligi.com musavat.com-a istinadən xəbər verir ki, İ.Vəliyev hind və Qarabağ atları da saxlayırmış. Bildirilir ki, İ.Vəliyev hind atları, o cümlədən xüsusi olaraq 4 cins Qarabağ atını Neftçalaya gətirdibmiş. İddialara görə, sabiq başçı at həvəskarı […]

Cəmiyyət

“Koroğlu” metrosunun ətrafında qanunsuz parklama – BNA sədri bunlara niyə göz yumur?

  “Bakı Nəqliyyat Agentliyi”nin əməkdaşlarının yarıtmaz fəaliyyəti barədə narazı vətəndaşlar tərəfindən  məlumat daxil olub. Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti, o cümlədən paytaxtın bir neçə ərazisində yaşanan xoşagəlməz mənzərə və bu problemə əlac tapılmaması, eyni zamanda BNA əməkdaşlarının ancaq foto çəkmələrinə ötən yazımızda toxunmuşdum. Həmin yazı böyük əks-səda verdi. Sosial şəbəkələrdə ciddi müzakirəyə çevrildi. Çünki o yazıda […]