Cəmiyyət

Fəzail Ağamalı:Qarabağlı kəndində yaşayan yaşlı insana gigiyenik və ərzaq malları yardımı etmişdir.

Milli Məclisin deputatı Fəzail Ağamalı koronovirus epidemiyası ilə əlaqədar evdəqal kompaniyası çərçivəsində yaşı 65 in üzərində olan bir qrup Salyan rayonu, Qarabağlı kəndində yaşayan yaşlı insana gigiyenik və ərzaq malları yardımı etmişdir. Yardımı Fəzail Ağamalının adından gənc fəal Emin Xudiyev çatdırmışdır.

Cəmiyyət

“Erməni soyqırımı”nı dəstəkləyən jurnalist Mübariz Mənsimova dəstək oldu – VİDEO

FETÖ terror təşkilatı ilə əlaqələrdə ittiham olunaraq həbsə alınan azərbaycanlı milyarder, “Palmali Holding”in sahibi Mübariz Mənsimovla bağlı Türkiyənin Haber Global telekanalında xüsusi buraxılış hazırlanıb. Sözü gedən buraxılışda Türkiyəni qondarma “erməni soyqırımı” törətməkdə ittiham edən jurnalist Amberin Zamanın Mübariz Mənsimova dəstək verdiyi bildirilib. Həmin videonu təqdim edirik:  

Siyasət

Prezident ödəmələrin bu həftədən verilməsini tapşırdı

“Vaxt itirmədən bu həftədən başlayaraq ödəmələr həyata keçirilsin”. Bunu Prezident İlham Əliyev bu gün İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib. Prezidentin sözlərinə görə, o, bundan əvvəl də bütün Azərbaycan sahibkarlarına müraciət edərək çağırış edib ki, onlar işçiləri ixtisar etməsinlər: “Bu xahiş və ya tələb qüvvədədir. Onu da bildirməliyəm ki, Azərbaycan sahibkarları bu vəziyyətdə öz […]

Cəmiyyət

Gəncə Dövlət Universitetinin Mətbuat Xidmətinin məlumatı

Bəzi kütləvi informasiya vasitələrində Gəncə Dövlət Universiteti və onun rəhbərliyi  ilə  bağlı böhtan xarakterli məlumatlar dərc edilmişdir. Bununla bağlı tam məsuliyyətlə qeyd edirik  ki, Gəncə  Dövlət  Universiteti  haqqında yayımlanan  qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır, reallığı əks etdirmir və universitetin işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır. Saytlara  dərc  olunmaq  ücün saxta  profillərdən  göndərilən, heç […]

Cəmiyyət

Liftin düyməsini ayağı ilə vuran BP-nin vitse-prezidentidir? – AÇIQLAMA

 Sosial şəbəkələrdə bir şəxsin naməlum obyektdə lifti çağırmaq üçün ayağından istifadə etməsi ilə bağlı görüntülər yayılıb. Kadrlarda liftin düyməsini ayağı ilə vurduğu müşahidə olunan bu şəxs, iddiaya görə “British Petrol”-un(BP) Azərbaycan, Gürcüstan və Türkiyə regionunda qurudakı (midstrim) əməliyyatlar üzrə  vitse-prezidenti Zaur Paşayevdir. Məsələ ilə bağlı BP ilə əlaqə saxladıq. Şirkət faktı nə təsdiq, nə də […]

Cəmiyyət

Azərbaycanda yüksək vəzifəli şəxs işdən çıxarıldı

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) inzibati-təsərrüfat işləri üzrə prorektoru Adilxan Xəlilov vəzifəsindən azad edilib. Bu barədə müvafiq əmri Təhsil Naziri Ceyhun Bayramov imzalayıb. ADNSU-nun İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov məlumatı saytımıza təsdiqləyib. O bildirib ki, Adilxan Xəlilov öz ərizəsi ilə işdən azad edilib: “A.Xəlilov bir müddətdir ki, səhhəti ilə bağlı müalicə […]

Şou-Biznes

Müğənni Damla Moskvadan qayıda bilmir – VİDEO

Müğənni Damla Moskvadan qayıda bilmir. Axşam.az xəbər verir ki, sənətçi bu barədə “Bizimləsən” verilişinə zəng edərək məlumat verib. O bildirib ki, tədbir üçün Rusiyaya yollanıb, indi isə uçuşlar təxirə salınıb: “Novruz bayramı ilə bağlı tədbirlərə gəldik. 20-21 mart tarixlərində konsert oldu, sonra özəl dəvətlər var idi. Daha sonra təyyarə biletləri bitdi. Nə qədər müraciət etdik, […]

Cəmiyyət

Nazirlər Kabinetindən əhaliyə ÇAĞIRIŞ

Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb. Bildirilir ki, hazırda əksər dövlətlər və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən görülən tədbirlərə və birgə səylərə baxmayaraq, koronavirus (COVID-19) infeksiyasının dünyada yayılmasının qarşısını almaq mümkün olmayıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, bugünədək dünyada 787 469 nəfər COVID-19 infeksiyasına yoluxmuş, 37 846 nəfər isə bu xəstəlikdən vəfat edib. Azərbaycan hökuməti tərəfindən görülən […]

Cəmiyyət

Yol Polisindən bu sürücülərə sərt XƏBƏRDARLIQ

“Yük avtomobillərinin sürücüləri bu istisnadan istifadə edib özləri ilə başqa bir sərnişin aparmasınlar. Həmin şəxsin yükə aidiyyəti olmadığı təqdirdə karantin rejiminin pozulması halı kimi qiymətləndirilib inzibati məsuliyyətə cəlb olunacaq”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin Mətbuat katibi Kamran Əliyev İTV-nin efirində deyib. O bildirib ki, martın 29-dan etibarən bütün şəhərlər və […]

Ana Səhfə

Samuxda bu şəxslərə xəbərdarlıq edildi – FOTO

Samux polisi gücləndirilmiş iş rejimində çalışır. Bununla bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb. Bildirilib ki, Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, genişmiqyaslı tədbirlərin həyata keçirilməsi istiqamətində Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər. Bundan başqa, RPŞ-nin əməkdaşları rayon ərazisində vətəndaşlarla mütəmadi olaraq maarifləndirici söhbətlər apararaq, […]