Araşdırma

Bakida tanınmış həkim özünə avtomabil alıb hələdə pulun vermir-Vətəndaş iddia edir-FOTO-VİDEO

Sharing is caring!

Oxuyacağınız bu xəbər hamınızı şoka salacaq desək həqiqətən yanılmarıq.Bəzi,həkimlərin naşılığı üzündən xəstənin ömürlük şikəst qaldığını və yaxud öldüyünü eşitmişdik amma özünə xarici ölkədən sifarişli bahalı maşın gətizdirib maşını adına keçirdikdən sonra minbir bəhanələr ilə maşını gətirən adamı hələdə get-gələ salmağını isə eşitməmişdiniz.Atalarımız yaxşı deyib: “Oğru elə bağırdı ki, doğrunun bağırı yarıldı.” XəbərAl.az saytına müraciət edən İlqar Əliyev N. Tusi adına Klinikada çalışan qulaq, qurun – boğaz həkimi İsrafilzadə Ramiz doktordan şikayətçidir. Qulağımız həkimlərdən və səhiyyədən şikayətlər eşitməyi öyrəşsə də, bu dəfəki narazılıq iddia olunduğu kimi həkimin vətəndaşı dələduzluq yolu ilə aldatmasıdır. Belə ki, vətəndaş İlqar Əliyev iddia edir ki, Ramiz həkimə dəyəri 58.000 min ABŞ dolları olan avtomobil satıb. Avtomobilin ümumi dəyərindən 30.000 min ABŞ dolları verən həkim bir ay ərzində 28.000 min ABŞ dollarını verəcəyini söz versə də, bir ay olub 2-3 ay. Müraciət etmədiyi dövlət orqanları qalmadığını bildirən şikayətçi iddia edir ki, Ramiz həkim “Pulunu qaytarmıram, get hara şikayət edirsən et” deməklə məsuliyyətdən yayınıb. İddialarla bağlı Ramiz həkimlə əlaqə saxlayıb münasibət öyrəndik: “Bu iş haqqda cinayət işi açılıb. Bu iş məhkəməyə gedib, prokurorluqda həll olunub, cinayət işi açılıb, nazirlik tərəfindən ciddi nəzarətdə olub və cinayət işinə xitam verilib. Üçdənə dələduz, maşın alverçisi mənə maşın satıb, sadəcə məndən əlavə pul götürüblər. Həmin İlqar Əliyevin əməkdaşları var ki, alverçi, onlar ölkədən qaçıblar, onlar axtarışdadılar. Onlar ölkədə yoxdular deyə İlqar Əliyev pulu yönəldir mənim üstümə. Əslində bu üz dənə alverçi mənə pul atıblar. Mən aldığım qiymətdən artıq 15.000 min pul vermişəm onlara. Cinayət işində bütün bunlar hammısı yazılıb və sübut olunub”. Redaksiyadan: Ramiz həkimin bu açıqlamasını dinlədikdən sonra ortaya iki müəmmalı suallar çıxır. Birincisi: həkimin maşın alverçilərinə aldığı avtomobilin qiymətindən 15.000 min ABŞ dolları artıq pulu ödəməsi. İkincisi isə “bu iş prokurorluqda həll olunub” açıqlamasını verməsidir. Güman edirik ki, Ramiz həkim bu sualları da cavabsız qoymayacaq. Ramiz həkimin dediklərindən belə çıxır ki, ona qarşı irəli sürülmüş ittiham tam əsassızdır. İlqar Əliyev ona qarşı şər atıb. Və aparılan istintaq araşdırlmaları zamanı da cinayət işinin xitam verilib. Belə çıxır ki, əgər doğrudan da cinayət işinə xitam verilibsə, deməli ona qarşı irəli sürülmüş və aidiyyəti orqanlara edilən şikayət heç də əsassız olmayıb. Lakin istintaq zamanı tərəflər arasında əldə olunan razılıq (ziyan ödənilməklə) əsasında Azərbaycan Respublikasının CPM-nin normalarına uyğun olaraq cinayət işinə xitam verilib. XəbərAl.az olaraq qeyd etdiyimiz kimi cinayət işinin “xitam” və ya “rədd” olunması ilə bağlı qarşı tərəfin mövqeyini öyrənməyə çalışacağıq. Xüsusi qeyd: Cinayət işinə (söhbət iqtisadi cinayətlərdən gedir) xitam o halda verilir ki, dəymiş maddi ziyan qarşı tərəfə ödənildikdə tərəflər arasında razılıq olduğu halda həmin işə xitam verilir. Cinayət işinin başlanması o halda rədd edilir ki, təqsirləndirilən şəxs barəsində verilmiş şikayət aparılan istintaq araşdırmaları zamanı şüphəli və təqsirləndirilən şəxsin barəsində irəli sürülmüş ittiham öz təsdiqini tapmasın. Onuda qeyd edək ki, Ramiz həkimə xarici ölkədən maşın gətirib özünü əməlli başlı bəlaya salan İlqar Əliyev XəbərAl.azın vatshap nömrəsinə subut üçün həqiqətən ona pul borclu olmasını əks etdirən vatshap yazışmalarınıda təqdim edib.Həmin yazışmaları da sizlərə tədim edirik Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq. Mövzuya qayıdacağıq!

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir