Cəmiyyət

DTX həbs etdiyi Nefçalanın icra başçısı Hindistandan bahalı at alıb

Sharing is caring!

 

Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşları tərəfindən rüşvət faktı ilə həbs edilən Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev haqda yeni məlumatlar yayılıb.

Azerbaycanrealligi.com musavat.com-a istinadən xəbər verir ki, İ.Vəliyev hind və Qarabağ atları da saxlayırmış. Bildirilir ki, İ.Vəliyev hind atları, o cümlədən xüsusi olaraq 4 cins Qarabağ atını Neftçalaya gətirdibmiş.

İddialara görə, sabiq başçı at həvəskarı olub və cins heyvanlar gətirdib. Onları bir xanım bəsləyirmiş. Lakin Neftçalanın keçmiş şefinin tutulmasından sonra həm hind, həm Qarabağ atları başqasına verilib ki, saxlanılsın.
İ.Vəliyevin atların alınmasına və bəslənməsinə yaxşı pul xərclədiyi xəbər verilir.
İcra başçısı Hindistandan bahalı atlar alıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir