Xarici siyasət

Türkiyə səfirliyi Azərbaycan xalqını təbrik etdi — FOTO

Türkiyənin Bakıdakı Səfirliyi Azərbaycan xalqını 28 May – Respublika günü münasibətilə təbrik edib. Səfirliyin “Twitter” səhifəsində paylaşılan təbrikdə deyilir: “Bir kərə yüksələn bayraq, bir daha enməz!” – M.Ə.Rəsulzadə. Dost və qardaş Azərbaycan xalqını tarixinin ən önəmli günlərindən biri olan 28 May – Respublika günü münasibətilə təbrik edir, dövlət müstəqilliyi və suverenliyinin əbədi olmasını arzu edirik”. […]

Xarici siyasət

Rəsmi Parisdən sərhəddəki vəziyyətlə bağlı AÇIQLAMA

“Fransa Ermənistanla Azərbaycan arasında sərhəddə artan insidentlərdən – ən sonuncusu mayın 26-dan 27-nə keçən gecə 6 erməni əsgərinin Azərbaycan qoşunları tərəfindən əsir götürülməsindən dərin narahatlığını bildirir”. XəbərAl.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir. “Fransa tərəfləri maksimum təmkinli olmağa və hər hansı bir təxribatdan çəkinməyə çağırır. İki ölkə arasındakı sərhədin demarkasiyası və […]

Xarici siyasət

Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərdi

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. XəbərAl.az xəbər verir ki, təbrik mətnində deyilir: “Cənab Prezident, Əziz Qardaşım. Can Azərbaycanın Respublika Günü münasibətilə xalqım adından və şəxsən öz adımdan Zati-alinizi və bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Qardaş Azərbaycan bu il Respublika Gününü Vətən müharibəsində qazandığı haqlı zəfərinin […]

Xarici siyasət

Türkmənistan prezidenti İlham Əliyevi təbrik etdi

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. “XəbərAl.az” xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli İlham Heydər oğlu. Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Türkmənistan xalqı və hökuməti adından, habelə şəxsən öz adımdan Sizə və Sizin timsalınızda bütün qardaş Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı bildirməkdən şərəf duyuram. Bunu qeyd […]

Xarici siyasət

İlham Əliyev Türkiyənin milli təhsil nazirini qəbul etdi — YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçuku qəbul edib. XəbərAl.az xəbər verir ki, türkiyəli naziri salamlayan Prezident İlham Əliyev deyib: -Xoş gəlmisiniz. Sizi görməyimə şadam. Əminəm ki, səfəriniz çox uğurlu olacaq və əlaqələrimiz bütün başqa sahələrdə olduğu kimi, təhsil sahəsində də daha sürətlə inkişaf edəcək. Bildiyiniz kimi, Türkiyə ilə […]

Xarici siyasət

Vaşinqtonun meri Azərbaycanla bağlı bəyannamə imzaladı — FOTO

Vaşinqton şəhərinin meri Myuriel Bauzer Azərbaycan Demokratik Respublikasının yaranmasının 103-cü ildönümü ilə bağlı 28 May tarixini Respublika Günü elan edib və bununla bağlı bəyannamə imzalayıb. XəbərAl.az xəbər verir ki, bəyannamədə 1918-ci ildə müsəlman dünyasında ilk dəfə olaraq parlamentli demokratik respublikanın yaradılması qeyd olunub. Bildirilib ki, dünyada 50 milyon azərbaycanlı yaşayır, 10 milyon azərbaycanlı diasporu təşkil edir […]

Xarici siyasət

ABŞ Konqresinin üzvü Respublika Günü ilə bağlı bəyanatla çıxış etdi

25 may tarixində ABŞ Konqresinin üzvü Pol Qosar bəyanatla çıxış edərək, Azərbaycan Respublikasının 103 illiyi və Sovet İttifaqından müstəqilliyinin 30 illiyi ilə bağlı öz təbriklərini çatdırıb. Bu barədə  Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən məlumat verilib. Bəyanatda, Azərbaycanın bölgədə vacib tərəfdaş kimi demokratiya və müstəqilliyin parlaq nümunəsi olmaqda davam etdiyi xüsusi vurğulanır. Əsrlər boyu Rusiya imperiyası və […]

Xarici siyasət

Vladimir Putin İlham Əliyevi təbrik etdi

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. XəbərAl.az xəbər verir ki, təbrik məktubunda deyilir: “Hörmətli İlham Heydər oğlu. Milli bayramınız – Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan sosial-iqtisadi, elmi-texniki və digər sahələrdə nəzərəçarpan uğurlara nail olub. Sizin ölkəniz dünya arenasında yüksək nüfuz qazanıb, beynəlxalq gündəlikdəki çoxsaylı […]

Xarici siyasət

Albaniya Prezidenti İlham Əliyevi təbrik edib

Albaniya Respublikasının Prezidenti İlir Meta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. XəbərAl.az xəbər verir ki, məktubun mətnində deyilir: “Zati-aliləri. Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına şəxsən öz adımdan və Albaniya xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Azərbaycan üçün belə önəmli gündə ölkələrimiz və xalqlarımız arasında mövcud olan dostluq […]