Xarici siyasət

İlham Əliyev: “O, Putinə gündə beş dəfə zəng edir, o, Makrona, ola bilsin, bir qədər az zəng edir”

“Mən dediyim sözlərə cavabdehəm, Dağlıq Qarabağda yaşayan ermənilər əmin ola bilərlər ki, onların təhlükəsizliyi təmin olunacaq”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də İtaliyanın “La Republica” qəzetinə müsahibəsində deyib. İlham Əliyev qeyd edib ki, onların bütün tarixi yalandır: “Bunun heç bir əlaməti yoxdur. Mən dedim ki, Azərbaycanda minlərlə erməni yaşayır. Ermənistanda və ya Dağlıq Qarabağda […]

Xarici siyasət

Ağrı dağ Azərbaycan və Türkiyə bayraqlarına bürünəcək – FOTO

Ağrı Bələdiyyə başçısı Savcı Sayanın “Facebook”da etdiyi paylaşım böyük rəğbətlə qarşılanıb.  O, Azərbaycan və Türkiyə bayraqlarının əks olunduğu fotonun tezliklə Ağrı dağ üzərinə həkk olunacağını, bunun üçün sürətli iş aparıldığını qeyd edib. “Ağrı Bələdiyyəsi olaraq sürətli bir iş üzərində çalışırıq. Tezliklə Ağrı dağının Ermənistana baxan tərəfində bu görüntünü görəcəksiniz”. Qeyd edək ki, bələdiyyə sədrinin paylaşdığı foto son günlər […]

Xarici siyasət

Azərbaycan XİN-dən Avstriyadakı terrorla bağlı paylaşım – FOTO

Azərbaycan Xarici İşlər Nazirliyi Avstriyadakı terrorda dünyasını dəyişənlərin ailələrinə başsağlığı verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” hesabında paylaşım edilib: “Vyanada baş verən dəhşətli hücumlar nəticəsində həlak olanların ailələrinə ürəkdən başsağlığı veririk. Yaralananların hamısının tezliklə sağalmasını arzulayırıq. Azərbaycan terrorizmdən əziyyət çəkən bir ölkə olaraq terrorun bütün formalarını və təzahürlərini pisləyir”.

Xarici siyasət

Türkiyənin Gəncədəki Baş konsulluğunda İzmir zəlzələsinin qurbanları anılıb

Türkiyənin Gəncədəki Baş konsulluğunda İzmirdə baş verən zəlzələnin qurbanları anılıb. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Türkiyənin Gəncədəki Baş Konsulluğuna gələrək Egey bölgəsindəki zəlzələ ilə əlaqədar Baş konsul Zəki Öztürkə başsağlığı verib. Görüşdə Gəncədən olan millət vəkilləri Naqif Həmzəyev və Müşfiq Cəfərov də iştirak ediblər. Niyazi Bayramov bildirilib ki, Türkiyənin Egey bölgəsində baş vermiş […]

Xarici siyasət

Bakı Olimpiya Stadionu üzərinə Türkiyə bayrağı əks olunub

29 Oktyabr – Respublika Günü münasibətilə Bakı Olimpiya Stadionu üzərinə Türkiyə Respublikasının bayrağı əks olunub. Xəbəral.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyinin “Facebook” səhifəsində bildirilib. Qeyd olunub ki, “Respublika Günü münasibətilə bayrağımız bu gün Bakı Olimpiya Stadionunda əks olundu. Təşəkkürlər, Azərbaycan”.

Xarici siyasət

Prezident İlham Əliyev Azərbaycan və Ukrayna hökumətləri arasında imzalanmış Sazişi təsdiq edib

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında diplomatik nümayəndəlik və konsulluq müəssisələri əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyəti növlərini həyata keçirmələri haqqında” Sazişi təsdiq edib.  Saziş 2020-ci il yanvarın 31-də Kiyev şəhərində imzalanıb. Qeyd edək ki, Qanuna əsasən, Azərbaycanın Ukraynadakı diplomatlarının ailə üzvləri ödənişli əmək fəaliyyəti ilə məşğul ola biləcək.