Xarici siyasət

Pekində binanın üzərində Azərbaycan bayrağı işıqlandırılıb – FOTO

Çinin paytaxtı Pekində binanın üzərinə Azərbaycan Respublikasının bayrağı işıqlandırılıb və “Qarabağ Azərbaycandır” şüarı yazılıb. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva özünün “Twitter” hesabında xəbər verib. O, paylaşımına həmin binanın görüntülərini əlavə edib.  

Xarici siyasət

Londonda Şuşanın azad olunması şərəfinə aksiya keçirilib – FOTO

İngiltərənin paytaxtı Londonda soydaşlarımız Şuşanın işğaldan azad olunması şərəfinə aksiya keçiriblər. Bu barədə  Londonda yaşayan soydaşlarımız məlumat veriblər. Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində gedən döyüşlərdə bir sıra kəndlər və strateji yüksəkliklər azad edilib. Bu gün, noyabrın 8-də isə ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev Azərbaycan ordusunun 28 ildən sonra Azərbaycanın mədəniyyət beşiyi olan […]

Xarici siyasət

Türkiyə MN: “Azərbaycanlı qardaşlarımız 28 il sonra “Xarıbülbül”ün ətrini duyacaq” – FOTO

Azərbaycanlı qardaşlarımız 28 il sonra Şuşadakı məşhur “Xarıbülbül” çiçəyinin açılışını izləyəcəklər, ətrini hiss edəcəklər. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi Şuşa şəhərinin işğaldan azad edilməsi ilə bağlı “Twitter” hesabında etdiyi paylaşımda bildirib. “Qəhrəman Azərbaycan ordusu çox əhəmiyyətli Şuşa şəhərini işğaldan xilas etdi. Təbrik edirik”, – deyə bildirilən paylaşımda, bunun böyük xoşbəxtlik olduğunu vurğulayıb.

Xarici siyasət

Mövlud Çavuşoğlu: “Azərbaycanın mədəni paytaxtı Şuşanın azadlığı mübarək olsun!”

“Azərbaycanın mədəni paytaxtı qədim şəhər Şuşanın azadlığı mübarək və uğurlu olsun!” Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan ordusunun Şuşa şəhərinin işğaldan azad etməsi münasibəti ilə yazdığı təbrikində bildirib. “Üçrəngli bayrağınla məsud yaşa, Azərbaycan”, – deyə XİN rəhbəri bayraq günündə şanlı Azərbaycan bayrağının Şuşada dalğalanmasından sevincini ifadə edib.

Xarici siyasət

Rusiya KİV: “Paşinyan təkcə cəbhədə deyil, öz ölkəsində də uduzur”

Dağlıq Qarabağdakı hərbi əməliyyatlar göstərir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın münaqişənin başlanğıcından atdığı bütün addımlar tələsik idi və şöhrət naminə olub. Bu barədə Yugsn.ru saytında yayımlanan məqalədə deyilir. Qeyd olunur ki, indi bu, xüsusi heyət və könüllülərin böyük itkiləri, texnika və cəbhədəki uğursuzluqlarla yanaşı, kəşfiyyatın işində də özünü göstərir. Bundan əlavə, Ermənistanın hazırkı hökumətinin […]

Xarici siyasət

XİN: Radikal erməni qüvvələrinin Azərbaycanın xaricdəki diplomatlarına və yerli azərbaycanlı icma üzvlərinə qarşı hücumlarını qətiyyətlə pisləyirik

“Bu il 6 noyabrdan 7 noyabra keçən gecə saat 2.30 radələrində Azərbaycan Respublikasının Ukraynanın Xarkov şəhərindəki Fəxri Konsulluğunun binası odlu silahdan atəşə tutulub. Konsulluğun binasının qapısı və pəncərələrinə 6 atəş açılıb. Gecə saatlarında binada heç kəs olmadığı üçün Konsulluğun əməkdaşları arasında zərər çəkən olmayıb. Qeyd etmək istərdik ki, Fəxri Konsulluğun kameraların hücum edən şəxsin 2 […]

Xarici siyasət

Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun atəşə tutulması ilə bağlı cinayət işi başlanıb

Azərbaycanın Xarkovdakı fəxri konsulluğu bu gecə konsulluq binasının atəşə məruz qalması ilə bağlı məlumat yayıb. Konsulluqdan verilən xəbərə görə, bu gecə saat 2.30 dəqiqədə Konsulluğun Yaroslavl Mudrı 7 ünvanında yerləşən binası atəşə məruz qalıb: “Konsulluq binasına 6 atəş açılıb. Nəticədə pəncərələr və qapı qırılıb. Gecə ofisdə heç kim olmadığı üçün xəsarət alan olmayıb. Konsulluğun nəzarət […]

Xarici siyasət

Sahibə Qafarova Çex Respublikasının ölkəmizdəki səfiri Milan Ekert ilə görüşüb

Noyabrın 6-da Milli Məclisin sədri Sahibə Qafarova Çex Respublikasının ölkəmizdəki səfiri Milan Ekert ilə görüşüb. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda qeyd olunub. Görüşdə sədr bildirib ki, Azərbaycanla Çexiya arasında siyasi-iqtisadi münasibətlər yüksək səviyyədədir. Əlaqələrimizin bu səviyyəyə çatmasında dövlət və hökumət başçılarının qarşılıqlı səfərlərinin və görüşlərinin rolu böyükdür. Siyasi dialoqun yüksək səviyyədə […]

Xarici siyasət

Sahibə Qafarova Çinin Azərbaycandakı səfiri Quo Minlə görüşüb

Noyabrın 4-də Milli Məclisin Sədri Sahibə Qafarova Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Quo Minlə görüşüb. Bu barədə Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin yaydığı məlumatda qeyd olunub. Spiker qonağı salamlayaraq, onu Milli Məclisdə görməkdən məmnun olduğunu bildirib. Sədr vurğulayıb ki, Azərbaycan dost Çin Xalq Respublikası ilə müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsinə böyük önəm verir. […]