Xarici siyasət

BMT-nin Azərbaycanda yeni rezident əlaqələndiricisi təyin olundu

BMT-nin Azərbaycanda yeni rezident əlaqələndiricisi Şimali Makedoniya vətəndaşı Vladanka Andreyeva təyin olunub. “Report” bu barədə diplomatik mənbələrə istinadən xəbər verir. Hazırkı rezident əlaqələndirici Qulam İsaqzainin səlahiyət müddəti bu ilin iyununda başa çatır. İxtisasca həkim olan V.Andreyeva 2017-ci ildən Kambocada UNAIDS-in ölkə direktoru vəzifəsində çalışıb. Həmçinin UNDP (BMT İnkişaf Proqramı) və BMT-nin başqa qurumlarında çalışmış diplomat […]

Xarici siyasət

Azərbaycan Prezidenti gürcüstanlı həmkarına məktub yazdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti xanım Salome Zurabişviliyə təbrik məktubu ünvanlayıb. XəbərAl.az-ın xəbərinə görə, məktubda deyilir: “Hörmətli xanım Prezident, 26 May – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda dost Gürcüstan xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm. Azərbaycan-Gürcüstan əlaqələri əsrlərdən bəri mehriban qonşuluq və dostluq […]

Xarici siyasət

Gürcüstan iyunun 1-dən Azərbaycanla quru sərhədini açır

Gürcüstan iyunun 1-dən etibarən quru sərhədlərini açır. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə qərarı ölkənin Dövlət Qurumlarıarası Koordinasiya Şurası qəbul edib. Qərara əsasən, quru sərhədlərdən Gürcüstana daxil olan şəxslərdən tam vaksinasiya və ya son 72 saat ərzində aparılan PCR testin mənfi nəticəsini təsdiqləyən sənəd tələb olunacaq. PCR test arayışı təqdim edəcək şəxslər 72 […]

Xarici siyasət

İlham Əliyev İranın xarici işlər nazirini qəbul etdi — YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib. XəbərAl.az xəbər verir ki, naziri salamlayan Prezident İlham Əliyev deyib: – Cənab nazir, sizi görməyə çox şadam. Əminəm ki, səfər zamanı biz əlaqələrimizin müsbət məcrada inkişafını, inkişaf edən ikitərəfli əlaqələri geniş şəkildə müzakirə edəcəyik. Mən sizin səfərinizdən əvvəl […]

Xarici siyasət

Prezident “Signify” şirkətinin nümayəndələrini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də “Signify” – əvvəlki adı “Philips Lighting” olan şirkətin baş icraçı direktoru Erik Rondolatı və şirkətin rəhbərliyinin digər nümayəndələrini qəbul edib. XəbərAl.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Xarici siyasət

İƏT-in Baş katibi Azərbaycan Prezidentini təbrik etdi

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. XəbərAl.az xəbər verir ki, mətndə deyilir: “Zati-aliləri. Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu. Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Zati-alinizə Uca Allahdan möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə […]

Xarici siyasət

ABŞ Prezidenti Azərbaycana təşəkkür etdi

“Amerika Birləşmiş Ştatları ötən il Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri və bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir”. XəbərAl.az xəbər verir ki, bu fikirlər Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef R.Baydenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göndərdiyi məktubda yer alıb. “Biz Azərbaycana […]

Xarici siyasət

Cozef Bayden Azərbaycan Prezidentini təbrik etdi

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef R.Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. XəbərAl.az xəbər verir ki, məktubun mətnində deyilir: “Hörmətli cənab Prezident. Amerika xalqı adından Sizə və Azərbaycan xalqına 28 May – Respublika Günü münasibətilə səmimi salamlarımı və təbriklərimi çatdırıram. Bu il Azərbaycanın müstəqilliyinin 1991-ci ildə bərpa edilməsindən 30 il keçir. Bu müddət ərzində […]

Xarici siyasət

Nursultan Nazarbayev Azərbaycan Prezidentini təbrik etdi

Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib. XəbərAl.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli İlham Heydər oğlu. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Qardaş Azərbaycanın sosial-iqtisadi inkişafında və beynəlxalq arenada nüfuzunun artırılmasında Sizin rəhbərliyinizi və önəmli töhfələrinizi qeyd edərək, ölkənizin daha yüksək […]