Xarici siyasət

Azərbaycan və Türkiyə parlamentinin sədrləri beynəlxalq təşkilatlarda əməkdaşlığı müzakirə etdilər

Milli Məclisin sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Pakistanda keçirilən İkinci Ümumi Konfransı çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopla görüşüb. XəbərAl.az xəbər verir ki, görüşdə beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq, siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə münasibətlərin dərinləşməsi, parlamentlərarası əlaqələrin gələcək inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Söhbət zamanı iki qardaş ölkənin […]

Xarici siyasət

Azərbaycan və Türkiyənin Baş prokurorlarının Gəncəyə səfəri başladı — FOTOLAR

Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycan Baş prokuroru Kamran Əliyevlə birlikdə Gəncə şəhərinə səfəri başlayıb. “Report”un Qərb Mərkəzinin məlumatına görə, hər iki Baş prokuror ilk olaraq Gəncənin girişində yerləşən Nizami məqbərəsini ziyarət edirlər. XəbərAl.az

Xarici siyasət

İlham Əliyev Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında videoformatda çıxış etdi

Ümumdünya Səhiyyə Təşkilatının əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının “Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusuna həsr edilmiş 74-cü sessiyası 2021-ci il mayın 24-dən 31-dək virtual şəkildə keçirilib. XəbərAl.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesusun dəvəti əsasında mayın 31-də sessiyanın […]

Xarici siyasət

XİN ATƏT-in Minsk qrupunun həmsədrlərinə cavab verdi

“Həmsədrlərin bəyanatında qeyd etdiyi məsələlər, o cümlədən Azərbaycan-Ermənistan dövlət sərhədində yaşanan son gərginliklər, diversant qrupun Azərbaycan ərazilərinə daxil olaraq terrorçu-təxribat aktı törətmək cəhdi, delimitasiya və demarkasiya prosesi, habelə bölgəyə humanitar çıxışın təmin edilməsi ilə bağlı mövqeyimiz dəfələrlə rəsmi açıqlamalarda bildirilib”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib. ATƏT-in Minsk qrupunun […]

Xarici siyasət

Ərdoğan NATO sammitindən sonra Bakıya gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Belçikada NATO sammitinə qatılacaq, ardınca isə Bakıya gələcək. Bu barədə “Son Dakika” xəbər verib. Məlumata görə, Türkiyənin dövlət başçısı iyunun 13-14-də Brüsseldə NATO sammitində iştirak edəcək və ABŞ Prezidenti Co Bayden ilə görüşəcək. Brüssel sammitindən sonra isə o, iyunun 14-16-da Bakıda səfərdə olacaq. XəbərAl.az

Xarici siyasət

Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Pakistana gedir

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti mayın 31-dən iyunun 4-dək Pakistan İslam Respublikasında işgüzar və rəsmi səfərdə olacaq.  Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.  Nümayəndə heyətinin tərkibinə deputatlar Qənirə Paşayeva, Tahir Mirkişili, Məlahət İbrahimqızı, Tahir Kərimli, İlham Məmmədov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.  Səfər […]

Xarici siyasət

Azərbaycan və Türkiyə Baş Prokurorları arasında memorandum imzalanacaq

Azərbaycan və Türkiyə Baş Prokurorları arasında memorandum imzalanacaq. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, imza mərasimi sabah baş tutacaq: “31 may 2021-ci il tarixdə Baş Prokurorluğun inzibati binasında anlaşma memorandumu imzalanacaq. Azərbaycan Respublikası tərəfindən memorandum Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyev, Türkiyə Respublikası tərəfindən Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru […]

Xarici siyasət

Prezident Türkiyənin nəqliyyat və infrastruktur nazirini qəbul etdi — YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XəbərAl.az xəbər verir ki, türkiyəli naziri salamlayan Prezident İlham Əliyev dedi: – Xoş gəlmisiniz. Sizi görməyimə şadam. Əminəm ki, səfəriniz uğurlu keçəcək. Müzakirə ediləsi məsələlər çoxdur. Əslində, nəqliyyat sahəsi həmişə bizim gündəliyimizdə ön sıralarda idi. […]

Xarici siyasət

İlham Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahini qəbul edib. XəbərAl.az xəbər verir ki, Ali Məhkəmənin Baş prokuroru Bəkir Şahin Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb. Prezident İlham Əliyev Türkiyə dövlətinin başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib. Görüşdə Azərbaycan […]

Xarici siyasət

ATƏT sədri: “Ermənistan-Azərbaycan sərhədində baş verən insidentlər narahatlıq doğurur”

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Ermənistan-Azərbaycan sərhədində baş verənlərlə bağlı narahatlığını bildirib. XəbərAl.az xəbər verir ki, A.Linde bu barədə öz tvitter səhifəsində yazıb. “Bütün həll edilməmiş məsələlər sülh yolu ilə danışıqlar vasitəsilə həll olunmalıdır. ATƏT dialoq üçün əlverişli atmosfer yaratmaq məqsədilə etimad qurma tədbirlərində yardımçı olmağa və onları həyata keçirməyə hazırdır”, […]