Müharibə

Sözləri və hərəkətləri təzad təşkil edən Ermənistan – VİDEO

“Bütün Cənubi Qafqazın “ən döyüşə hazır” ordusunun məğlubiyyəti bu ölkənin siyasətçilərini ayıltmalı və göydən yerə endirməli idi”. Bu barədə “Caliber”in “YouTube” kanalının növbəti buraxılışında deyilir. “Üç il əvvəl 44 günlük müharibənin ilk zərbələri ilə başlayan hadisələr zənciri onlara bir növ referendumlar, öz müqəddəratını təyinetmə, qanunsuz birləşmələrlə bağlı bütün bu saxta sənədlərin və qətnamələrin “bir qəpiklik […]

Müharibə

Aleksandr Tixanski: “Ermənistan öz sərhədlərini qoruya bilmir” – MÜSAHİBƏ

Ermənistan baş naziri Nikol Paşinyan İrəvanın Rusiyadan üz döndərmək xəttinin davam etdiyini göstərən bəyanatla çıxış edib. O, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata istinad edərək bildirib ki, mətn heç bir yerdə Rusiyanın Ermənistanın istənilən ərazisində kommunikasiya təhlükəsizliyini təmin etməli olduğunu nəzərdə tutmur. Üstəlik, bu bəyanat Avropa İttifaqının (Aİ) Ermənistandakı […]

Müharibə

Qarabağda qanunsuz erməni silahlı dəstələrinə məxsus növbəti silah-sursat anbarı aşkarlandı – FOTO/VİDEO

Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunda tərk edilmiş tikililərə baxış zamanı növbəti silah-sursat anbarı aşkar edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ermənistan silahlı qüvvələri birləşmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi məqsədlər üçün istifadə etdiyi mülki təyinatlı infrastrukturdan silah və sursatla dolu yeşiklər, müxtəlif […]

Müharibə

Azərbaycan və Ərəbistan arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə edilib – FOTO

Ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Milli Müdafiə Universiteti və Komanda-Qərargah Akademiyasının rəhbərliyi, professor-müəllim heyəti və dinləyiciləri Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunu ziyarət ediblər. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Qonaqlara Milli Müdafiə Universitetinin yaranma tarixi və təhsil sistemi, eləcə də elmi fəaliyyəti barədə brifinq təqdim edilib. Keçirilən görüşdə ölkələrimiz arasında hərbi təhsil sahəsində […]

Müharibə

Şərti düşmənin hərbi texnikası pusquya salınıb və qruplaşma üzvləri ələ keçirilib – VİDEO

Cari ilin hazırlıq planına əsasən, Əməliyyat (Komando) bölmələrinin taktiki-xüsusi hazırlıq üzrə məşğələləri davam edir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, plana əsasən, təxribat törətməyə cəhd edən şərti düşmən qruplaşmasının zərərsizləşdirilməsi üzrə tapşırıqlar icra edilib. Ərazinin vizual müşahidəsi aparılmaqla şərti düşmən obyekti qiymətləndirilib, daha sonra onun hərbi texnikası pusquya salınıb və qruplaşma üzvləri ələ […]

Müharibə

Azad edilmiş ərazilərdə xidməti-döyüş fəaliyyəti davam etdirilir – VİDEO

Azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun Mühəndis Qoşunları digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə çətin relyefli və dağlıq ərazilərdə xidmət aparan bölmələrimizin təminat yollarını qar örtüyündən təmizləyərək daim işlək vəziyyətdə saxlanılmasını təmin edirlər. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Çətin relyefli, dağlıq ərazilərdə dislokasiya olunan bölmələrin istənilən hava şəraitində xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili, eləcə də avtomobil […]

Müharibə

Azərbaycanda daha bir general ehtiyata buraxıldı

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov ehtiyata buraxılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq Sərəncam imzalanıb. Hələ ki, onun yerinə təyinatla bağlı ictimaiyyətə məlumat verilməyib. Qeyd edək ki, dünən müdafiə nazirinin müavini, general-leytenant Ənvər Əfəndiyev ehtiyata buraxılıblar. Xeberal.az

Müharibə

Azərbaycanda daha bir general ehtiyata buraxıldı

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov ehtiyata buraxılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq Sərəncam imzalanıb. Hələ ki, onun yerinə təyinatla bağlı ictimaiyyətə məlumat verilməyib. Qeyd edək ki, dünən müdafiə nazirinin müavini, general-leytenant Ənvər Əfəndiyev ehtiyata buraxılıblar. Xeberal.az

Müharibə

Hərbi qulluqçuların sürücülük və atəş hazırlığı üzrə bacarıqları qiymətləndirilib – VİDEO

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi üzrə keçirilən sınaq imtahanları davam edir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Sınaq imtahanlarının növbəti günündə hərbi qulluqçuların sürücülük və atəş hazırlığı üzrə praktiki tapşırıqların yerinə yetirilməsi üzrə bacarıqları qiymətləndirilib. Hərbi qulluqçular zirehli döyüş texnikasının […]

Müharibə

Azərbaycan Ordusunda komandoların peşəkarlığı artırılır – VİDEO

Azərbaycan komandoları şərti düşmən müdafiəsinin yarılması tapşırığını icra ediblər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 2024-cü ilin hazırlıq planına əsasən, Əməliyyat (Komando) bölmələrinin peşəkarlığının artırılması üzrə taktiki-xüsusi məşğələlər davam etdirilir. Məşğələlərin növbəti günündə tapşırıqları dəqiqləşdirən komandolar çətin relyefli ərazilərdə taktiki yerdəyişmə fəaliyyətləri icra ediblər. Şərti düşmən müdafiəsinin yarılması və dayaq məntəqəsinin ələ keçirilməsi […]