Müharibə

İşğaldan azad edilmiş ərazilərdə xidmət aparan hərbçilərlə görüş olub – FOTO

Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının və vətənpərvərlik hissinin daha da yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, müdafiə nazirinin tapşırığına əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin bir qrup zabit heyəti işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrdə olub. Çətin […]

Müharibə

Ukrayna dalanda, Qərblə Rusiya sövdələşmə həvəsində – TƏHLİL

ABŞ Konqresi Ukraynanı Rusiyaya qarşı maliyyələşdirməyə xəsislik etdikcə Kiyevin döyüş meydanındakı hərbi imkanları xeyli zəifləyir. Ukrayna artıq əks-hücum əməliyyatları keçirə bilmir, amma Rusiya ərazilərinə dronlarla hücum kampaniyasını davam etdirir. Lakin bu, Ukraynanın öz ərazilərini azad etməsi üçün kifayət deyil. Rusiyanın öz suveren ərazilərinə əlavə torpaqlar qatmaq planlarının hədəf və miqyasını təyin etmək o qədər də […]

Müharibə

33 gün Qarabağ meşələrində qalan erməni əsgər azərbaycanlı zabitin ona kömək etməsindən danışdı – VİDEO

Sentyabrın 20-dən sonra 33 gün Qarabağ meşələrində qalan erməni əsgəri Rafael Akopyan azərbaycanlı zabitin ona necə kömək etdiyini və necə sağ-salamat Ermənistana təhvil verildiyini danışıb. Bu barədə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev “X” hesabında video paylaşıb. Xatırladaq ki, sentyabrın 19-da Azərbaycanın Qarabağda həyata keçirdiyi 24 saatlıq lokal antiterror tədbirlərindən sonra regiondakı separatçı liderlər təslim olublar. Erməni […]

Müharibə

Erməni keşiş xütbəsində hayları Azərbaycanla müharibəyə ÇAĞIRIB – VİDEO

Erməni Apostol kilsəsinin Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan xütbəsində nifrət dolu çağırış edib. O, erməniləri Azərbaycanla müharibəyə səsləyərək özünü revanşist adlandırıb. Bununla bağlı Azərbaycan Dövlət Televiziyasında (AzTV) süjet yayımlanıb. “Bəli, mən özümü revanşist hesab edirəm və ömrümün son saniyəsinə kimi belə yaşayacağam”, – deyə o, hikkə dolu çıxışında bildirib. Daha ətraflı videomaterialda: Xeberal.az

Müharibə

Azad edilən ərazilərdə seçki məntəqələri yaradılıb

Azad edilmiş ərazilərdə seçki məntəqələrinin yaradılması prosesi yekunlaşıb. Oxu.Az-ın xəbərinə görə, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.  Sədr qeyd edib ki, ölkə üzrə bütün seçki məntəqələrində qanunauyğun keçirilməsi üçün şərait yaradılıb. Xatırladaq ki, 2024-cü il aprelin 7-nə təyin edilmiş növbədənkənar prezident seçkiləri ilə əlaqədar işğaldan azad edilmiş ərazilərdə […]

Müharibə

PUA bölmələri ilə təlim-məşq uçuşları icra edilib – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrində (HHQ) pilotsuz uçuş aparatları (PUA) bölmələri ilə təlim-məşq uçuşları yerinə yetirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. PUA heyətləri müəyyən edilmiş marşrutlar üzrə hava kəşfiyyatının aparılması, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin olunaraq dəqiq aviasiya zərbələri ilə məhv edilməsi, eləcə də digər fəaliyyətləri […]

Müharibə

Türkoloq Robert Ustyan: “İndiki reallıqlarda İrəvanın sülh müqaviləsinə daha çox ehtiyacı var” – MÜSAHİBƏ

Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətlərinin normallaşması bir-biri ilə əlaqəli proseslərdir, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bir daha təsdiqləyib. Onun sözlərinə görə, Ankara Bakı və İrəvan arasında aparılan sülh danışıqlarının nəticələrinə əsasən, Ermənistanla sərhədin açılması barədə qərar qəbul edəcək. Bu bəyanatlarda yenilik yoxdur, amma Ermənistanda hər dəfə Ankaranın İrəvan qarşısında ilkin şərtlər irəli sürdüyünü deməyə […]

Müharibə

Hindistan və Ermənistandan Azərbaycana raket təhdidi – VİDEO

Son zamanlar mətbuatda Ermənistanın Hindistan istehsalı olan müxtəlif raket sistemlərini almağa maraq göstərdiyi barədə məlumatlar yayılır. Bunu Hindistan və Ermənistan arasında hərbi-texniki sahədə əlaqələrin nəzərəçarpacaq dərəcədə intensivləşməsi sübut edir. Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetdə bildirilir. “Hindistan ermənilərin “Bollivud” silahlarına artan marağını heç bir şəkildə təsdiqləmədən susur. Buna baxmayaraq, Hindistan mediasına sızan fraqmentar […]

Müharibə

Xocavənddə sinif otağında partlayıcı tələ qurğusu aşkarlanıb – FOTO

Xocavənd rayonu Yemişcan kəndi ərazisində yerləşən məktəbdə partlayıcı tələ qurğusu aşkarlanıb. Bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib. Məlumata görə, ANAMA əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı məktəbin sinif otaqlarının birində yazı masasına yapışqan lent vasitəsilə quraşdırılmış “F-1” əl qumbarası aşkarlanıb. Döyüş vəziyyətinə gətirilərək kəndir vasitəsilə stula və qapının tutacağına bərkidilib. […]

Müharibə

Füzuli sakini: “Tarixi anların bir parçası olmaqdan qürur duyuram”

“Tarixi anların bir parçası olmaqdan qürur duyuram”. Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Füzuli şəhərinə köç edən keçmiş məcburi köçkün Mətanət Zeynalova deyib. O bildirib ki, Füzuli şəhərindən çıxarkən 12 yaşı olub: “Füzulidən atam, anam, bacım və qardaşımla çıxmışdım. Atam qələbəmizi gördü, amma bu günləri görə bilmədi. Çox istəyərdim ki, atam da bu günləri görsün. […]