Müharibə

“Nezavisimaya qazeta” Qarabağ məsələsinin tam həll olunmasını ilin əsas hadisəsi hesab edib

“2023-cü ildə 32 ildən bir qədər çox mövcud olmuş tanınmamış “DQR” (Qarabağda qondarma separatçı qurum) tarixi başa çatıb. Böyük ölçüdə “ikinci erməni dövləti”nin taleyi 2020-ci ildə 44 günlük müharibənin nəticələrinə görə həll olunub. Məsələnin yekun həlli üçünsə daha bir neçə il lazım oldu”. Bu barədə Rusiyanın “Nezavisimaya qazeta” nəşrinin ilin əsas hadisələri barədə məqaləsində qeyd edilib. Müəllif […]

Müharibə

Ağdamın Baş Qərvənd, Boyəhmədli kəndləri və Xaçın su kanalı minalardan təmizlənib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsi Ağdam rayonunun işğaldan azad olunan Maqsudlu kəndi ərazisindən keçən Xaçın su kanalını, Baş Qərvənd, Boyəhmədli kəndlərinin ərazisini mina və partlamamış hərbi sursatlardan təmizləyib. “Report”un Qarabağ bürosu xəbər verir ki, həmin ərazilərdən indiyə kimi çox sayda mina və partlamamış hərbi sursatlar aşkarlanıb. Hazırda FHN […]

Müharibə

İqtisadiyyat Nazirliyindən Qarabağda biznes qurmaq istəyənlərə MÜRACİƏT

İşğaldan azad olunmuş torpaqlarımızın milli iqtisadiyyata sürətli inteqrasiyası, bu ərazilərdə biznesin canlanması məqsədilə tədbirlər davam etdirilir. Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. Bildirilib ki, dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş, işğaldan azad edilmiş ərazilərimizə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, bu ərazilərdə əhalinin dayanıqlı məskunlaşması, davamlı iqtisadi aktivliyin təmin olunması prioritet istiqamətlərdəndir. […]

Müharibə

Kalaşnikov Bakı, Moskva və İrəvan arasında gələcək münasibətlərin inkişafı ilə bağlı: “Vəziyyət əlverişlidir”

Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov Ermənistan-Azərbaycan sülh danışıqları və bu danışıqlarda Rusiyanın rolundan danışıb. Bu barədə Ermənistan mediası xəbər verib. “İndi mənə elə gəlir ki, Ermənistan və Azərbaycan sülh sazişinin imzalanmasının həqiqətən bir addımlığındadır. Belə deyim: baş verən və indiki vəziyyətə gətirib çıxaran hadisələr düzgün inkişaf etdi. Yalnız üç regional […]

Müharibə

Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı təkliflər paketi alıb”

İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı təkliflər paketi alıb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “AzTV”yə müsahibəsində bildirib ki, rəsmi Bakı cari ilin noyabr ayının sonunda İrəvandan sülh müqaviləsi üzrə növbəti təkliflər paketini alıb: “Bir ay ərzində tərəfimizdən işlənmiş təkliflər paketi Ermənistana təqdim olunub. Proses […]

Müharibə

İşğaldan azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb

İşğaldan azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) icra olunan əməliyyatlar barədə həftəlik məlumatında deyilir. Məlumata görə, ötən həftə – 18-24 dekabr tarixlərində 11 tank əleyhinə mina, 53 piyada əleyhinə mina, 307 partlamamış hərbi sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 487,7 hektar ərazi mina və partlamamış hərbi sursatlardan […]

Müharibə

İşğaldan azad edilmiş ərazilərdə xidmət aparan hərbçilərlə görüş olub – FOTO

Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının və vətənpərvərlik hissinin daha da yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, müdafiə nazirinin tapşırığına əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin bir qrup zabit heyəti işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrdə olub. Çətin […]

Müharibə

Ukrayna dalanda, Qərblə Rusiya sövdələşmə həvəsində – TƏHLİL

ABŞ Konqresi Ukraynanı Rusiyaya qarşı maliyyələşdirməyə xəsislik etdikcə Kiyevin döyüş meydanındakı hərbi imkanları xeyli zəifləyir. Ukrayna artıq əks-hücum əməliyyatları keçirə bilmir, amma Rusiya ərazilərinə dronlarla hücum kampaniyasını davam etdirir. Lakin bu, Ukraynanın öz ərazilərini azad etməsi üçün kifayət deyil. Rusiyanın öz suveren ərazilərinə əlavə torpaqlar qatmaq planlarının hədəf və miqyasını təyin etmək o qədər də […]

Müharibə

33 gün Qarabağ meşələrində qalan erməni əsgər azərbaycanlı zabitin ona kömək etməsindən danışdı – VİDEO

Sentyabrın 20-dən sonra 33 gün Qarabağ meşələrində qalan erməni əsgəri Rafael Akopyan azərbaycanlı zabitin ona necə kömək etdiyini və necə sağ-salamat Ermənistana təhvil verildiyini danışıb. Bu barədə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev “X” hesabında video paylaşıb. Xatırladaq ki, sentyabrın 19-da Azərbaycanın Qarabağda həyata keçirdiyi 24 saatlıq lokal antiterror tədbirlərindən sonra regiondakı separatçı liderlər təslim olublar. Erməni […]

Müharibə

Erməni keşiş xütbəsində hayları Azərbaycanla müharibəyə ÇAĞIRIB – VİDEO

Erməni Apostol kilsəsinin Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan xütbəsində nifrət dolu çağırış edib. O, erməniləri Azərbaycanla müharibəyə səsləyərək özünü revanşist adlandırıb. Bununla bağlı Azərbaycan Dövlət Televiziyasında (AzTV) süjet yayımlanıb. “Bəli, mən özümü revanşist hesab edirəm və ömrümün son saniyəsinə kimi belə yaşayacağam”, – deyə o, hikkə dolu çıxışında bildirib. Daha ətraflı videomaterialda: Xeberal.az