Müharibə

Ağdamın Baş Qərvənd, Boyəhmədli kəndləri və Xaçın su kanalı minalardan təmizlənib

Sharing is caring!


Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsi Ağdam rayonunun işğaldan azad olunan Maqsudlu kəndi ərazisindən keçən Xaçın su kanalını, Baş Qərvənd, Boyəhmədli kəndlərinin ərazisini mina və partlamamış hərbi sursatlardan təmizləyib.

“Report”un Qarabağ bürosu xəbər verir ki, həmin ərazilərdən indiyə kimi çox sayda mina və partlamamış hərbi sursatlar aşkarlanıb.

Hazırda FHN əməkdaşları Ağdamın Novruzlu və Mərzili kəndlərində minatəmizləmə fəaliyyəti həyata keçirirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir