Müharibə

Azərbaycan Ordusunda komandoların peşəkarlığı artırılır – VİDEO

Sharing is caring!


Azərbaycan komandoları şərti düşmən müdafiəsinin yarılması tapşırığını icra ediblər.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2024-cü ilin hazırlıq planına əsasən, Əməliyyat (Komando) bölmələrinin peşəkarlığının artırılması üzrə taktiki-xüsusi məşğələlər davam etdirilir.

Məşğələlərin növbəti günündə tapşırıqları dəqiqləşdirən komandolar çətin relyefli ərazilərdə taktiki yerdəyişmə fəaliyyətləri icra ediblər. Şərti düşmən müdafiəsinin yarılması və dayaq məntəqəsinin ələ keçirilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Hərbi qulluqçuların praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədilə keçirilən taktiki-xüsusi məşğələlərdə komandolar tapşırıqların icrası zamanı yüksək peşəkarlıq nümayiş etdirirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir