MDB

Moskvadan Amsterdama uçan təyyarə həyəcan siqnalı verdi

Moskvadan Amsterdama uçan “Airbus A320” təyyarəsi həyəcan siqnalı verib. Bu barədə “Flightradar24.com” məlumat verib. Təyyarə saat 15:50-də Moskvanın Şeremetyevo hava limanından havaya qalxıb. Havaya qalxdıqdan 20 dəqiqə sonra həyəcan siqnalı verən təyyarənin geri qayıtdığı və 18:00-da enişə hazırlaşdığı qeyd olunur. Həyəcan siqnalına səbəb kimi isə təyyarənin radio əlaqə sistemində problem yaranması göstərilir.

MDB

Sarkisyan Rusiya səfir ilə görüşdü – Qarabağ müzakirə olundu

Ermənistanın üçüncü prezidenti, Respublika partiyasının lideri Serj Sarkisyan Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkinlə görüşüb. XəbərAl.az xəbər verir ki, bu barədə partiya sədrinin müavini Armen Aşotyan “Facebook” səhifəsində məlumat paylaşıb. Onun sözlərinə görə, Rusiya tərəfinin təşəbbüsü ilə 3 fevral tarixində baş tutmuş görüşdə Dağlıq Qarabağdakı müharibənin nəticələri geniş müzakirə olunub. “Sarkisyan Rusiya tərəfinə atəşkəsin qorunması və […]

MDB

ABŞ Myanmanı sanksiyalarla təhdid edir – VİDEO

Bu gün BMT Təhlükəsizlik Şurası Myanmadakı vəziyyətlə əlaqədar təcili iclas keçirəcək. Bu barədə “Euronews” agentliyi məlumat yayıb. Mənbə iddia edir ki, öz növbəsində ABŞ rəsmiləri 2010-cu illərin əvvəllərində bu ölkəyə qarşı dayandırılan sanksiyaların bərpa oluna biləcəyini bildirib. Bu barədə Ağ Evin mətbuat katibi Jen Psaki də açıqlama ilə çıxış edib: “Bildiyiniz kimi, Birləşmiş Ştatlar son […]

MDB

Rusiya Ermənistanla hava sərhədlərini açıb

Bu gündən Rusiya Ermənistanla hava sərhədlərini açıb. XəbərAl.az xəbər verir ki, ötən ilin mart ayından koronavirus pandemiyası ilə əlaqədar Ermənistanla hava sərhədlərini bağlı elan edən Rusiya fevralın 1-dən etibarən bu ölkə ilə hava sərhədlərini açıb. Hər iki istiqamətdə mənfi nəticəli koronavirus testi tələb olunur. Ekspertlərin rəylərinə görə, Rusiyanın Ermənistanla hava sərhədini açması Ermənistan vətəndaşlarının ölkədəki […]

MDB

Qırğızıstanda yenidən Müdafiə Nazirliyi yaradılır

Qırğızıstanda yenidən Müdafiə Nazirliyi yaradılır. XəbərAl.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Qırğızıstan prezidenti Sadır Japarov fərman imzalayıb. “Qırğızıstan Respublikası Müdafiə Məsələləri üzrə Dövlət Komitəsi və Silahlı Qüvvələrinin Baş Qərargahı əsasında Qırğızıstan Müdafiə Nazirliyinin yaradılması məqsədəuyğun hesab edilir”, – deyə Prezidentin mətbuat xidməti bildirib. Qeyd edək ki, Qırğızıstanda Müdafiə Nazirliyi 1993-2015-ci illərdə fəaliyyət göstərib. Almazbek Atambayevin […]

MDB

Rusiya XİN aksiyalara görə ABŞ-ı ittiham etdi

Rusiya Xarici İşlər Nazirliyi  ABŞ Dövlət Departamenti və ABŞ-ın Moskvadakı səfirliyindən Rusiyanın daxili işlərinə müdaxiləni dayandırmağı tələb edir.  XəbərAl.az “TASS”a istinadla xəbər verir ki, bu barədə Rusiya XİN-in feysbuk səhifəsində yazılıb.  “Suveren dövlətlərin daxili işlərinə müdaxilələrin dayandırılmasını tələb edirik və məsuliyyət barədə xatırladırıq”, – paylaşımda deyilir.   “ABŞ-ın Rusiyanın daxili işlərinə kobud müdaxiləsi Vaşinqtonun nəzarətində olan […]

MDB

Navalnının həbsdən şok məktubu – Rusiya bu gün qarışa bilər

Bu gün Moskva vaxtilə saat 12:00-da həbsdə olan müxalifət fəalı Aleksey Navanının çağırışı ilə paytaxt Moskva da daxil olmaqla, Rusiyanın bütün şəhərlərində mitinq keçirilməlidir. Yanvarın 23-də keçirilən aksiyadakı kimi, bu dəfə də mitinq icazəsidir.  Rusiya DİN xəbərdarlıq edib ki, aksiyanın qarşısı alınacaq. Moskvada daha ciddi təhlükəsizlik tədbirləri görülüb. Bu gün səhər saat 8-dən saat 19:00-dək […]

MDB

Fransaya giriş-çıxış dayandırılır

Koronavirus tədbirləri çərçivəsində Fransa yanvarın 31-dən etibarən Avropa Birliyi xaricindəki ölkələr üçün giriş və çıxışı dayandıracaq. XəbərAl.az xəbər verir ki, bu barədə Fransa Baş Naziri Jan Kasteks, “Elysee” Sarayında Prezident Emmanuel Macronun rəhbərliyi ilə keçirilən Müdafiə Şurasının iclasından sonra mətbuata danışıb.   COVID-19 epidemiyasının yaratdığı vəziyyətin həyəcanverici olduğunu deyən Kasteks ölkə daxilində saat 18:00-06:00 arasında […]

MDB

Bayden Obamanın müşavirini xüsusi elçi təyin edir

ABŞ prezidenti Сo Bayden  vaxtilə ABŞ-ın 44-cü prezidenti Barak Obamanın Yaxın Şərq üzrə müşaviri olan Robert Mallini İrana xüsusi elçi təyin etməyi planlaşdırır. XəbərAl.az xəbər verir ki, Robert Mallinin əsas vəzifəsi uranın zənginləşdirilməsinin 2015-ci ildə imzalanan müqaviləyə uyğun davam etdirilməsinə nəzarət etmək olacaq. Bildirək ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmiləri məlumat yayıb.