MDB

Rusiya XİN aksiyalara görə ABŞ-ı ittiham etdi

Sharing is caring!

Rusiya Xarici İşlər Nazirliyi  ABŞ Dövlət Departamenti və ABŞ-ın Moskvadakı səfirliyindən Rusiyanın daxili işlərinə müdaxiləni dayandırmağı tələb edir.

 bərAl.az “TASS”a istinadla xəbər verir ki, bu barədə Rusiya XİN-in feysbuk səhifəsində yazılıb.

 “Suveren dövlətlərin daxili işlərinə müdaxilələrin dayandırılmasını tələb edirik və məsuliyyət barədə xatırladırıq”, – paylaşımda deyilir.
 
“ABŞ-ın Rusiyanın daxili işlərinə kobud müdaxiləsi Vaşinqtonun nəzarətində olan internet-platformalar tərəfindən feyklərin “raskrutkası” və icazəsiz aksiyalara çağırışlar kimi sübut edilmiş faktdır. ABŞ-ın Dövlət katibi Entoni Blinken tərəfindən qanunun pozulmasının dəstəklənməsi Vaşinqtonun pərdəarxası rolunun daha bir təsdiqidir. Şübhə yoxdur ki, etirazların təşviqinə yönələn hərəkətlər Rusiyanın qarşısının alınması strategiyasının bir hissəsidir”, – XİN-də qeyd ediblər.

“Dövlət Departamenti RAND Corp. analitik mərkəzinin 2019-cu ildə təklif etdiyi proqramı açıq şəkildə istifadə edir. Kədərlidir ki, bu doktrinanın həyata keçirilməsi üçün “yüksək qiymət və risklər” haqqında xəbərdarlığı qaçırıblar”, – paylaşımda deyilir.

Nazirlik Amerika tərəfinin nümayəndələrinə müraciət edərək sözügedən aksiyaların “planlaşdırılmamış” deyil, “qeyri-qanuni” olduğunu əlavə edib.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir