MDB

Sarkisyan Azərbaycanı hədələdi: yaxın zamanda…

“Ordu günü bu il olmasa da, erməni xalqının hər zaman sevinclə qeyd olunan müqəddəs bayramlarındandır”. XəbərAl.az xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti Serj Sərkisyan deyib. Sərkisyan ölkəsinin İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətini etiraf edib: “Hər il bu günü sevinclə qeyd edirdik, amma bu gün əhval-ruhiyyə fərqlidir, qurbanlara və digər itkilərə görə hamı kədərlənir”. Eks-prezident xalqa […]

MDB

Rusiya ABŞ-a nota verdi

Rusiya Xarici İşlər Naziriliyi ölkədəki ABŞ səfirliyinə etiraz notası təqdim edib. XəbərAl.az TASS-a istinadən xəbər verir ki, sənəddə rəsmi Moskvanın ABŞ rəqəmsal platformalarında Rusiyaya qarşı yalan məlumatların yayılmasına qarşı əks tədbirlər görə biləcəyi qeyd olunur. “Amerika rəqəmsal platformalarında Rusiya barədə həqiqəti əks etdirməyən məlumatların kütləvi şəkildə yayılması müşahidə olunur. Bu məlumatların koordinasiyalı şəkidə yayılmasında ABŞ-ın […]

MDB

Rusiya Ermənistanla hava sərhədlərini açır

Rusiya fevralın 1-dən Ermənistanla hava sərhədlərini açır. XəbərAl.az xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan hökumətin iclasında deyib. Paşinyanın sözlərinə görə bu ölkədə turizmin inkişafı, həmçinin, mövsümi işlərə yollanan şəxslər üçün vacib olacaq. Amma Paşinyanın Rusiyaya yalnız mənfi koronavirus testi olan şəxslərin buraxılacağını da əlavə edib.

MDB

Paşinyan ingilis dili müəllimini səfir təyin edəcək

Ermənistan baş naziri Nikol Paşinyan öz ingilis dili müəllimini ABŞ-a səfir təyin edəcək. XəbərAl.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, Paşinyanın ingilis dili müəllimi olmuş Lilit Makunts ABŞ-a səfir təyin ediləcək. 1983-cü il təvəllüdlü müəllimin diplomatik sahədə təcrübəsi yoxdur. O, Ermənistanın keçmiş mədəniyyət naziridir. L.Makunts hazırda hakim “Mənim addımım” blokunda yüksək vəzifə daşıyır.

MDB

Lavrov: “Bu gün ən aktual mövzulardan biri Hərtərəfli Birgə Fəaliyyət Planının xilas edilməsidir”

“Rusiya ilə İran arasında olan konstruktiv və daimi xarakter daşıyan dialoqu qiymətləndiririk. Bu dialoq etimadlı şəkildə ikitərəfli və beynəlxalq gündəmdə olan məsələləri müzakirə etməyə kömək edir”. XəbərAl.az xəbər verir ki bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə keçirdiyi görüşdə deyib. Onun sözlərinə görə, İranla Rusiya arasında sıx beynəlxalq və regional […]

MDB

Rusiyada etiraz aksiyaları – 1300-dən çox insan saxlanıldı

Rusiyalı bloger Aleksey Navalnının azad olunması tələbi ilə Rusiyanın müxtəlif regionlarında aksiyalar keçirilib. XəbərAl.az xəbər verir ki, razılaşdırılmamış aksiyalar əsasən Moskva, Sankt-Peterburq, Kazan, Yekaterinburq, Novosibirsk, Vladivostok, Xabarovsk, Tomsk, Ulan-Ude, Kemerovo və digər şəhərlərdə keçirilib. Aksiyalarda “Navalnıya azadlıq”, “Putin get” və hakimiyyət əleyhinə digər şüarlar səsləndirilib. Hüquq-mühafizə orqanlarının razılaşdırılmamış etiraz aksiyalarına qatılanlara qarşı ciddi xəbərdarlıq etməsinə baxmayaraq, […]

MDB

ABŞ üçün Çin Rusiyadan daha təhlükəlidir – Ağ Ev sanksiyalara üstünlük verəcək

“ABŞ-ın artıq keçmiş prezidenti Donald Tramp Ağ Evdəki son günündə Çin hakimiyyətinə sonuncu zərbəsini vurdu. Keçmiş dövlət katibi Mayk Pompeo, Çinin Sincan Uyğur Muxtar Bölgəsində soyqırım və insanlığa qarşı cinayətlər törətdiyi qənaətinə gəldiklərini açıqladı”. XəbərAl.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, böyük ehtimalla bu, Ağ Ev […]

MDB

Bayden ABŞ-a gələnlərə yeni tələblər qoydu

ABŞ Prezidenti Co Bayden ölkəyə gələnlərlə bağlı yeni qaydaları elan edib. XəbərAl.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ABŞ-a gələnlər koronavirusla əlaqədar olaraq test verməklə yanaşı, karantinə alınacaqlar. “Yeni ştammın meydana gəlməsi səbəbindən digər ölkələrdən ABŞ-a gələnlər maska taxmaq, test verməklə yanaşı, karantinə alınacaqlar”, – deyə Bayden bildirib. Amerikalı lider karantin müddətinin nə qədər olacağı və […]

MDB

Putinlə Bayden görüşəcəkmi?

“Pandemiya şəraitində əyani, həmçinin ən yüksək səviyyədə keçirilən tədbirlərin bərpası perspektivləri barədə danışmaq çətindir”. XəbərAl.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib. “Biz siyasi təmaslar cədvəlinin formalaşdırılmasının epidemioloji durumun normallaşması, bu cür görüşlərin məzmunu, çoxtərəfli tədbirlərdəki ünsiyyət imkanlarından asılı olacağı ehtimalından çıxış edirik”, – diplomat vurğulayıb. Onun sözlərinə görə, […]