MDB

Sarkisyan Rusiya səfir ilə görüşdü – Qarabağ müzakirə olundu

Sharing is caring!

Ermənistanın üçüncü prezidenti, Respublika partiyasının lideri Serj Sarkisyan Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkinlə görüşüb.

XəbərAl.az xəbər verir ki, bu barədə partiya sədrinin müavini Armen Aşotyan “Facebook” səhifəsində məlumat paylaşıb.

Onun sözlərinə görə, Rusiya tərəfinin təşəbbüsü ilə 3 fevral tarixində baş tutmuş görüşdə Dağlıq Qarabağdakı müharibənin nəticələri geniş müzakirə olunub.

“Sarkisyan Rusiya tərəfinə atəşkəsin qorunması və Dağlıq Qarabağdakı humanitar problemlərin həlli istiqamətindəki ardıcıl səylərinə görə təşəkkür edib. ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın bu istiqamətdə fəaliyyətini davam etdirməsinin vacibliyini vurğulayıb. Səfirin istəyi ilə Sarkisyan daxili siyasi vəziyyət, bölgədəki yeni geosiyasi reallıqlara da toxunub”, – deyə açıqlamada qeyd olunub.

Öz növbəsində, Kopırkin müzakirə olunan mövzular çərçivəsində Rusiyanın mövqeyi barədə fikirlərini bölüşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir