İdman

Avropa Ralli Çempionatının növbəti mərhələsi keçirilib – VİDEO

Bu həftəsonu Macarıstanda Avropa Ralli Çempionatının növbəti mərhələsi keçirilir. Oxu.Az xəbər verir ki, bazar günü səhər üç ardıcıl xüsusi sahədə qələbə qazanan finlandiyalı Mikko Heykkila ümumi hesabda liderliyini möhkəmlətsə də, dördüncü xüsusi sahədə uğursuzluqla üzləşib. Onun “Toyota”sının ön sol təkəri maşından ayrılıb. Beləliklə, ümumi hesabda liderlik “Toyota”nın digər sürücüsü Martinş Sesksə keçib.   Xeberal.az

İdman

Azərbaycan millisi Paris-2024 Yay Olimliya Oyunlarına lisenziya qazanıb – YENİLƏNİB

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində növbəti oyununa çıxıb. “Report”un məlumatına görə, yığma finalda Polşa kollektivi ilə üz-üzə gəlib. Rəqibinə 18:17 hesabı ilə qalib gələn komandamız Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 13:47 Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində növbəti oyununa çıxıb. “Report”un […]

İdman

Azərbaycanlı döyüşçü dünya çempionu olub – FOTO

Bolqarıstanda keçirilən yeniyetmələr arasında Dünya Şotokan Çemionatını 63 və 70 kiloqram çəki dərəcələrində Azərbaycan təmsilçisi Rafael Zeynalov qazanıb. Oxu.Az xəbər verir ki, turnir çərçivəsində o, altı döyüş keçirərək bütün rəqiblərindən üstün olub. Qeyd edək ki, Rafael həm də Avropa çempionudur. Onun məşqçisi Rafael Atamov eyni zamanda karate üzrə Azərbaycan millisinin məşqçisidir. Xeberal.az

İdman

Azərbaycanın dörd idmançısı Avropa Kuboku turnirində mübarizəyə qoşulacaq

Almaniyanın paytaxtı Berlində davam edən cüdo üzrə Avropa Kuboku turnirinin ikinci günündə Azərbaycanın dörd idmançısı mübarizəyə qoşulacaq. Bu barədə Azərbaycan Cüdo Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az-a məlumat verilib. Bildirilib ki, bu gün başa çatacaq birincilikdə oğlanlar arasında 73 kq çəki dərəcəsində Cəsur İbadlı, 81 kq-da Mehdi Abbasov və Əli Qazıməmmədov, +90 kq çəki dərəcəsində isə Sübhan […]

İdman

İddiaçılar Turniri: Nicat Abasov bu gün növbəti sınağına çıxır

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxacaq. Bu barədə Azərbaycan Şahmat Federasiyasından Oxu.Az-a məlumat verilib. Bildirilib ki, 28 yaşlı qrossmeyster IX turda ABŞ təmsilçisi Fabiano Karuana (FIDE) ilə üz-üzə gələcək. Abasov ağ fiqurlarla oynayacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Şahmatçılar arasında II tura təsadüf edən […]

İdman

Şahmat üzrə Azərbaycan çempionatında III turun görüşləri keçirilib

Şahmat üzrə kişilər arasında Azərbaycan çempionatında III turun görüşləri keçirilib. Bu barədə Azərbaycan Şahmat Federasiyadan Oxu.Az-a məlumat verilib. Bildirilib ki, hesabat turunda favorit Aydın Süleymanlı Rüstəm Rüstəmov üzərində qələbə qazanıb. Məhəmməd Muradlı Vüqar Manafovu, Misrətdin İsgəndərov isə Şiroğlan Talıbovu məğlub edib. Süleyman Süleymanlı, Vüqar Manafov və Murad İbrahimli də turu qələbəylə başa vurublar. Digər partiyalar heç-heçə […]

İdman

Azərbaycan millisinin üzvü Olimpiya Təsnifat turnirində finala vəsiqə qazanıb

Güllə atıcılığı üzrə Azərbaycan milli komandasının üzvü Nigar Nəsirova Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Olimpiya Təsnifat turnirində finala vəsiqə qazanıb. Bu barədə Azərbaycan Atıcılıq Federasiyasından Oxu.Az-a məlumat verilib. Bildirilib ki, təmsilçimiz qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə yarışda 578 xalla uğurlu nəticə əldə edib. Qeyd edək ki, N.Nəsirova həlledici mərhələdə qalib olarsa, Parisdə keçiriləcək […]

İdman

Azərbaycan Premyer Liqası: XXX tura bu gün yekun vurulacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXX tura yekun vurulacaq. Oxu.Az xəbər verir ki, son oyun günü iki görüş keçiriləcək. Saat 16:30-da start götürəcək matçda “Səbail” “Kəpəz”lə üz-üzə gələcək. Qarşılaşma “ASCO Arena” baş tutacaq. Günün digər oyununda isə “Sabah” və “Qarabağ” klubları qarşılaşacaqlar. Start fiti 19:00-da çalınacaq görüş “Bank Respublika Arena”da oynanılacaq. Qeyd edək […]

İdman

Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə yeddi medal qazanıblar

Almaniyanın paytaxtı Berlin şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk yarış günü arxada qalıb. Bu barədə Azərbaycan Cüdo Federasiyasının Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Azərbaycan idmançıları yarışın ilk günündə üç qızıl, iki gümüş və iki bürünc medal qazanıblar. 50 kq çəki dərəcəsinin final görüşündə Azərbaycanın iki cüdoçusu – Bahadır Feyzullayev və Məmmədəli […]

İdman

Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə yeddi medal qazanıblar

Almaniyanın paytaxtı Berlin şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk yarış günü arxada qalıb. Bu barədə Azərbaycan Cüdo Federasiyasının Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Azərbaycan idmançıları yarışın ilk günündə üç qızıl, iki gümüş və iki bürünc medal qazanıblar. 50 kq çəki dərəcəsinin final görüşündə Azərbaycanın iki cüdoçusu – Bahadır Feyzullayev və Məmmədəli […]