İdman

Azərbaycanın dörd idmançısı Avropa Kuboku turnirində mübarizəyə qoşulacaq

Sharing is caring!




Almaniyanın paytaxtı Berlində davam edən cüdo üzrə Avropa Kuboku turnirinin ikinci günündə Azərbaycanın dörd idmançısı mübarizəyə qoşulacaq.

Bu barədə Azərbaycan Cüdo Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az-a məlumat verilib.

Bildirilib ki, bu gün başa çatacaq birincilikdə oğlanlar arasında 73 kq çəki dərəcəsində Cəsur İbadlı, 81 kq-da Mehdi Abbasov və Əli Qazıməmmədov, +90 kq çəki dərəcəsində isə Sübhan Axundov qalib adı uğrunda yarışacaqlar.

Qeyd edək ki, yarışın ilk günü idmançılarımız üç qızıl, iki gümüş və iki bürünc medal qazanıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir