Siyasət

Tramp: “Üçüncü dünya müharibəsinin qarşısını ancaq mən ala bilərəm”

Sharing is caring!




ABŞ-nin keçmiş prezidenti Donald Tramp bildirib ki, üçüncü dünya müharibəsinin qarşısını yalnız o ala bilər.

“Sübut edəcəyəm ki, bunu edə bilən yeganə şəxs mənəm, çünki Bayden administrasiyasındakı insanların üçüncü dünya müharibəsinin qarşısını necə almaq barədə heç bir fikri yoxdur”, – deyə keçmiş prezident bildirib.

O qeyd edib ki, üçüncü dünya müharibəsi əvvəlkilər kimi olmayacaq, çünki burada nüvə silahı ilə yanaşı, heç kimin ağlına belə gətirə bilmədiyi bir çox silah növləri tətbiq ediləcək.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir