İdman

Azərbaycan Premyer Liqası: XXX tura bu gün yekun vurulacaq

Sharing is caring!




Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXX tura yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, son oyun günü iki görüş keçiriləcək.

Saat 16:30-da start götürəcək matçda “Səbail” “Kəpəz”lə üz-üzə gələcək. Qarşılaşma “ASCO Arena” baş tutacaq.

Günün digər oyununda isə “Sabah” və “Qarabağ” klubları qarşılaşacaqlar. Start fiti 19:00-da çalınacaq görüş “Bank Respublika Arena”da oynanılacaq.

Qeyd edək ki, turun açılış matçında “Sumqayıt” və “Zirə” klubları bərabərə qalıblar – 0:0. Digər qarşılaşmalarda isə “Turan Tovuz” “Qəbələ”yə 2:1, “Neftçi” isə “Araz Naxçıvan”a 3:0 hesabı ilə qalib gəlib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir