Dünya

İsrail qırıcıları Livanın cənubundakı “Hizbullah” bazasını vurub – VİDEO

Sharing is caring!




İsrail qırıcıları Livanın cənubunda “Hizbullah” hərəkatının bəzi hərbi obyektlərinə zərbələr endirib.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələrinin qırıcı təyyarələri Livanın cənubundakı Cbaa şəhəri ərazisində “Radvan” təxribat bölməsi qüvvələrinin bir sıra hərbi hədəflərinə hücum edib”, – bəyanatda deyilir.

Bundan əvvəl “Hizbullah” Qolan təpələrində İsrail ordusunun üç bazasına onlarla “Katyuşa” raketinin atılmasına görə məsuliyyəti öz üzərinə götürüb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir