Cəmiyyət

Bakı-Qazax şosesində zəncirvari qəza: Xəsarət alanlar var

Sharing is caring!




Bakının Qaradağ rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Bakı-Qazax şosesinin Ələt qəsəbəsinə düşən hissəsində qeydə alınıb.

Üç avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada 24 yaşlı Nadir Habil oğlu Nağıyev və 22 yaşlı Sadiq Eduard oğlu Ələkbərzadə ağır xəsarətlər alıblar.

Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları araşdırma aparırlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir