Cəmiyyət

“Azərbaycanda Qızılbaş irsi: Tarixin izi ilə” beynəlxalq konfransının iştirakçıları Şuşada olublar – FOTO

Sharing is caring!


Bakıda “Azərbaycanda Qızılbaş irsi: Tarixin izi ilə” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları Şuşaya səfər ediblər.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, qonaqlar yolboyu erməni qəsbkarlarının 30 illik işğal dövründə Qarabağda törətdikləri vandalizm aktlarının, dağıntıların və postmüharibə dövründə aparılan genişmiqyaslı quruculuq-bərpa işlərinin şahidi olublar.

Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin əməkdaşı qonaqlara Azərbaycanın ən mühüm şəhərlərindən biri olan, Qafqazın musiqi mərkəzi hesab edilən Şuşanın yaranma tarixi, inkişafı, işğal illərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə erməni vandallarının şəhərdəki tarixi memarlıq, mədəni və dini abidələrini dağıtması barədə ətraflı məlumat verib və sualları cavablandırıb.

Qonaqlar “Güllələnmiş heykəllər” meydanını, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Yuxarı Gövhərağa məscidini, Molla Pənah Vaqifin məqbərəsini, Gəncə Qapısını, Şuşa qalasını və Cıdır düzünü ziyarət ediblər.

Azərbaycan Respublikası Prezidentinin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimovla görüş zamanı Şuşada aparılan bərpa-quruculuq işləri, mədəniyyət paytaxtımızın irimiqyaslı tədbirlərə ev sahibliyi etməsi barədə məlumat verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir