İdman

Azərbaycan millisinin üzvü Olimpiya Təsnifat turnirində finala vəsiqə qazanıb

Sharing is caring!




Güllə atıcılığı üzrə Azərbaycan milli komandasının üzvü Nigar Nəsirova Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Olimpiya Təsnifat turnirində finala vəsiqə qazanıb.

Bu barədə Azərbaycan Atıcılıq Federasiyasından Oxu.Az-a məlumat verilib.

Bildirilib ki, təmsilçimiz qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə yarışda 578 xalla uğurlu nəticə əldə edib.

Qeyd edək ki, N.Nəsirova həlledici mərhələdə qalib olarsa, Parisdə keçiriləcək 2024 Yay Olimpiya oyunlarına vəsiqə qazanacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir