İdman

İddiaçılar Turniri: Nicat Abasov bu gün növbəti sınağına çıxır

Sharing is caring!




Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxacaq.

Bu barədə Azərbaycan Şahmat Federasiyasından Oxu.Az-a məlumat verilib.

Bildirilib ki, 28 yaşlı qrossmeyster IX turda ABŞ təmsilçisi Fabiano Karuana (FIDE) ilə üz-üzə gələcək.

Abasov ağ fiqurlarla oynayacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Şahmatçılar arasında II tura təsadüf edən ilk görüşdə təmsilçimiz məğlub olub.

Qeyd edək ki, N. Abasov hazırda 2.5 xalla sonuncu – səkkizincidir. 4,5 xala malik Karuana isə vahid beşinci sıradadır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir