Ana Səhfə Hadisə

Gömrükçülər siqareti müsadirə edib

Gömrük əməkdaşları iki fakt üzrə tütün məmulatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar. Bu barədə  Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib. Məlumata görə, DGK-nın Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn “DAF” markalı yük avtomobilləri saxlanılıb. Sorğu-sual zamanı hər iki vətəndaş həmin nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və ya […]

Hadisə

Salyanda avtomobil 54 yaşlı qadını xəstəxanalıq etdi

Salyanda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə axşam saatlarında Çuxanlı kəndində qeydə alınıb. Kənd sakini, 1966-cı il təvəllüdlü Kərimova Mənsurə Pənah qızı yolda gedən zaman naməlum minik avtomobili tərəfindən vurulub. Müxtəlif dərəcəli xəsarətlər alan qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Hadisə

Dənizkənarı Milli Parkda özünü dənizə atan şəxs xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda bir nəfərin özünü dənizə atması barədə məlumat daxil olub. FHN-dən verilən məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Hadisə

DSX: Sərhəd pozucuları saxlanıldı

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonu Bala Bəhmənli kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmuş Azərbaycan Respublikası vətəndaşları, Sumqayıt şəhər sakinləri 1985-ci il təvəllüdlü Babayev Cabir Calal oğlu və 1992-ci il təvəllüdlü Şirəlizadə Aqif Ağaseyid oğlu saxlanılıblar. DSX-nin Mətbuat Mərkəzindən bildirilib […]

Hadisə

Ağcabədidə “Aşura” mərasimi dörd nəfərin həbsinə səbəb oldu

Ağcabədidə “Aşura” mərasimini keçirməyə cəhd edənlər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Xeberal.Az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları  xidmət aparan zaman Ağcabədi şəhəri ərazisində yerləşən N.Abbaslıya məxsus evdə bir qrup şəxsin toplaşaraq “Aşura” mərasimini keçirməyə cəhd etməsini aşkarlayıblar.

Hadisə

Qubada əri tərəfindən döyülən qadın atası evinə qaçıb polisə şikayət etdi, kişi isə…

Qubada intihar etmək istəyən kişini polis xilas edib. Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb. Bildirilib ki, 27 avqust 2020-ci ildə, gecə saat 23:15 radələrində rayon sakini Gülanə Mütəllibova  Quba Rayon Polis Şöbəsinə müraciət edərək, əri Turab Mütəllibov tərəfindən döyülməsi və valideynlərinə məxsus evə qaçması barədə məlumat verib. Daxil olmuş […]

Hadisə manset

Siraqəddin Cabbarov elə bir oyun çıxarıb ki… – QALMAQAL

Saatlı rayon İcra Hakimiyyətinin sabiq başçısı Siraqəddin Cabbarovun eyni torpaq sahəsini iki nəfərə verməsi haqda sərəncamı ilə bağlı işə Ali Məhkəmədə baxılıb. Xəbəral.az-ın verdiyi xəbərə görə, S.Cabbarov rayonda 20 ildir kənd təsərrüfatı ilə məşğul olan fermer Validə Məmmədovaya verilən torpaq sahəsini qalmaqallı iş adamı Hacı İbrahim Nehrəmliyə satıb. Belə ki, İ.Nehrəmlinin Saatlıda icarəyə götürdüyü 30 […]

Hadisə manset

Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi həbslədən nəticə çıxarmayıb – Görünəni budur…

Hər ay sabiq nazir müavini Rafiq Bayramova 9500 manat rüşvət verən Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi həbslədən nəticə çıxarmayıb və korrupsiya əməllərini davam etdirir. Xatırlayırsınızsa, bu ilin may ayında Dövlət Təhlükəsizlik Xidməti korrupsiyaya qarşı mübarizə çərçivəsində Mədəniyyət Nazirliyində keçirtdiyi xüsusi əməliyyat nəticəsində nazir müavini Rafiq Bayramov və xidmət rəisi Zakir Sultanov həbs edildi. Həbs edilən […]

Hadisə manset

Vəkili Fuad Qəhrəmanlının səhhətindən danışdı

AXCP funksioneri Fuad Qəhrəmanlının vəkili Araz Həsənov son zamanlar hüquqlarını müdafiə etdiyi şəxslə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib. Xəbəral.az-ın məlumatına görə, o, müvəkkilinin işgəncə və psixi zorakılığa məruz qalması ilə bağlı yayılan məlumatların heç bir əsası olmadığını söyləyib: “Fuad Qəhrəmanlı istintaq ifadəsini mənim iştirakımla şərbəst şəkildə verib. Vəziyyəti və sağlamlıq durumu çox yaxşıdır”.