Ana Səhfə Hadisə

Gömrükçülər siqareti müsadirə edib

Sharing is caring!

Gömrük əməkdaşları iki fakt üzrə tütün məmulatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Bu barədə  Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Məlumata görə, DGK-nın Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn “DAF” markalı yük avtomobilləri saxlanılıb.

Sorğu-sual zamanı hər iki vətəndaş həmin nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və ya bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər.

Lakin kinoloji xidmət itlərinin tətbiqi ilə keçirilən yoxlama zamanı avtomobillərdə gömrük orqanlarına bəyan olunmayan 2 200 ədəd “Marlboro Edge” markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir