Hadisə

Prokurorluq: Ermənistan neft kəmərimizi hədəfə alıb

18 oktyabr 2020-ci il tarixdə, saat 13.00 radələrində Ermənistan silahlı birləşmələri mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə edib Azərbaycan Respublikasının Xızı rayonunun ərazisində hərbi hədəf olmayan xam neft və kondensat ixrac edən kəmərləri hədəfə alıb. Bununla bağlı Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Ermənistan silahlı  qüvvələri hərbi əməliyyatlar aparılan ərazidən təxminən 300 kilometrdən artıq […]

Hadisə

Bakıda yaşayış binasında yanğın olub

Bakı şəhəri, Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində ümumi sahəsi 70 kvadrat metr olan mənzildə 20 kvadrat metr sahədə döşəmə və 4 ədəd qapı yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, yüksək temperaturdan hamam otağının lambirindən ibarət tavanı 4 kvadrat metr sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən […]

Hadisə

Bakıda Kişi Benzin Töküb Özünü Yandırdı

Bakıda bir nəfər özünü yandırıb. Hadisə 23 sentyabr saat 18:00 radələrində Badamdar qəsəbəsində baş verib. Bu barədə Səbail Rayon Polis İdarəsindən məlumat daxil olub. 1981-ci il təvəllüdlü Qabil Məmmədhüseynoğlu evinin qabağında üstünə benzin tökərək özünü yandırıb. Hüquq-mühafizə orqan əməkdaşlarının bildirdiyinə görə, kişi ruhi xəstəlikdən əziyyət çəkir, bu da, hadisəni törətməsinə səbəb olub. O, 5 saylı […]

Hadisə

Silahlı Hücuma Məruz Qalan Ata Uşaqlarını Qorumaq Üçün Canını Heçə Saydı – VİDEO

ABŞ-ın Nyu-york şəhərində lüks avtomobillərin satıldığı avtomobil qalereyasına silahlı hücum olub. Bu sırada uşaqları ilə avtomobillərə baxmağa gedən adam uşaqlarını qorumağa çalışarkən yaralanıb. Görüntülərdə üç uşağını güllələrdən qorumaq istəyən atanın özünü uşaqlarının üzərinə sipər etdiyi görülüb. Ayağından vurulan adamın xəstəxanaya aparıldığı və hadisə ilə bağlı istintaq başladıldığı bildirilib.

Hadisə

Alimpaşa Məmmədov yeni vəzifəyə hazırlaşır… – İDDİA

Şəmkirin icra başçısı Alimpaşa Məmmədov vəzifə pilləsində qazandığı uğurlarına görə, tələbəlik dostu,sabiq vergilər naziri Fazil Məmmədova borcludur. Bu barədə məlumat redaksiyamiza etibarlı mənbələrdən daxil olub. Mənbə  açıqlamasında iddia edir ki, məhz Fazil müəllimin sayəsində bu adam “manıslıqla” vidalaşıb əvvəlcə Sumqayıt, sonra da Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsinə gətirldi.O vaxta qədər isə Alimpaşa Məmmədov Salyan […]

Hadisə

“AzGold”un rəhbəri həbs edildi

Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlara kölgə salan bəzi sahibkarlıq subyektləri tərəfindən öz vəzifələrinin icrası zamanı yol verilən qanunsuz hallara qarşı mübarizə istiqamətində prokurorluq orqanları tərəfindən kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilməkdədir.   Baş Prokurorluqdan  verilən məlumata görə, həyata keçirilən tədbirlərin davamı kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaş müraciəti əsasında […]

Ana Səhfə Hadisə

Müdafiə Nazirliyindən deputatın qalmaqallı fikrinə reaksiya: “Ordumuz məqsədə çatmaq üçün tam hazırdır”

Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin “Əsgərlərimiz Paşinyanın arvadını əsir götürəcəkləri günü səbrsizliklə gözləyir” fikirləri ilə bağlı Müdafiə Nazirliyi açıqlama yayıb.   Nazirlikdən daxil olan məlumatda bildirilir ki, bu cür fikirlərin səsləndirilməsi xalqımızın milli adət-ənənələri, xüsusiyyətləri və mənəvi dəyərlərinə, xüsusilə Azərbaycan əsgərinin döyüş əzmi və nizam-intizamına, ümumilikdə hərbi qanunlara ziddir:   “Azərbaycanın mülki əhalisinə – qadınlara, […]

Ana Səhfə Hadisə

Gömrükçülər siqareti müsadirə edib

Gömrük əməkdaşları iki fakt üzrə tütün məmulatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar. Bu barədə  Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib. Məlumata görə, DGK-nın Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn “DAF” markalı yük avtomobilləri saxlanılıb. Sorğu-sual zamanı hər iki vətəndaş həmin nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və ya […]

Hadisə

Salyanda avtomobil 54 yaşlı qadını xəstəxanalıq etdi

Salyanda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə axşam saatlarında Çuxanlı kəndində qeydə alınıb. Kənd sakini, 1966-cı il təvəllüdlü Kərimova Mənsurə Pənah qızı yolda gedən zaman naməlum minik avtomobili tərəfindən vurulub. Müxtəlif dərəcəli xəsarətlər alan qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Hadisə

Dənizkənarı Milli Parkda özünü dənizə atan şəxs xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda bir nəfərin özünü dənizə atması barədə məlumat daxil olub. FHN-dən verilən məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.