Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev icra başçısı olduğu rayonun bəzi ərazisində olanda gölü hasarlayaraq sanki özünün şəxsi mülkiyyəti kimi özəlləşdirib. Xəbəral.az-ın məlumatına görə, videoda iddia olunur ki, icra başçısı sözügedən göldə farel balığı saxlayır. Rayon isə icra başçısının əlindən qan ağlayır deyə vətəndaş göndərdiyi videoda giley edir. Xəbəral.az sözü gedən video təqdim edir: […]
Hadisə
Xətaidə Qarabağ veteranı məmurların qurbanına çevrilib – VİDEO
Təsəvvür edin yaşı 60-a çatmış birinci vətən müharibəsi veteranı 20 faiz torpaqlarımızı düşmən tapdağından azad etmək üçün könüllü olaraq 2020-ci ilin sentyabrında başlanan ikinci vətən müharibəsinə qatılır və adam o döyüşlərdə ölümü gözə alıb, düşmənlə döyüşürkən, evindən, övladlarından xəbər gəlir ki, “ata, evimizi başımıza uçurdular”?! Yox, bunu düşmən tərəfi etməyib. Yəni, 60 yaşlı döyüşçünün özü […]
“Xətai İcra başçısını həbsə aparan yalanı”… Sakinləri qıcıqlandıran cavab
Xəbəral.az bildirir ki, daha öncə xəbər verdiyimiz kimi, Xətai rayonu, Nobel prospektində sökülən 80 nömrəli binanın sakinləri rayonun icra hakimiyyəti ilə kompensasiya problemi yaşayırlar.Binanın bir qrup sakinləri iddia edirlər ki, Xətai Rayon İcra Hakimiyyətindən iki-üç ailəyə mənzilin hər kvadratmetri üçün 1700-2 min manat, yerdə qalan ailələrə isə 1500 manat kompensasiya ödənilib.Ailələr iddia edirlər ki, kompensasiyanın ödənilməsində […]
Plastik düyü terroru- “Araz Market” əhalini belə zəhərləyir – VİDEOFAKT
Xəbəral.az xəbər verir ki, tanınmış jurnalist Savalan Talıblı “Araz Market” şəbəkəsinin 20-ci sahədəki mağazasından aldığı düyünün bişirilərkən dəhşətli hala gəldiyi haqda videomaterial hazırlayıb. Belə ki, bu mağazadan alınmış Pakistan istehsalı olan “Mümtaz” düyüsünü bişirmək istəyərkən düyü pis qoxu verərək tamam əriyib bir-birinə yapışıb və məhsulun plastik maddə olduğu ortaya çıxıb. Qeyd edək ki, qablaşdırılmış formada satılan və üzərində Basmati […]
Xətai rayon icra hakimiyyətinin başçısı Rafiq Quliyev kimə güvənir? İcra başçısı sakinləri çıxilmaz duruma gətirib.
Xəbəral.az ötən gün Xətai rayon icra hakimiyyəti barəsində “Xətai Rayon Icra Hakimiyyəti Əhalini Necə Aldatdı?” başlıqlı yazı dərc etmişdik. Yazıda sakinlər iddia edirlər ki, binanın söküntüsü zamanı ciddi korrupsiya hallarına yol verilib. Onlar bildiriblər ki, verilən kompensasiyanın miqdarından narazı olduqları halda onlara bildirilib ki, hər kvadrat üçün 1500 manatda artıq heç kimə pul ödənilməyəcək. Bu […]
Yasamalda qanunlar başçı istəyəndə İŞLƏMİR… – AXI NİYƏ?!
Məlumdur ki, 09 oktyabr 2018-ci il tarixdə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclası keçirilir və iclasda Prezident İlham Əliyev paytaxt Bakıda və digər şəhər və rayonlarda həyata keçirilən qanunsuz tikinti işləri ilə bağlı iclasda iştirak edənlərə ciddi tapşırıqlarını verir. Qeyd edək ki, ölkə rəhbəri […]
“Siz, Prezident Aparatına yazırsınız, mən də surətləri mənə göndərilən həmin kağızlara baxmadan, tualetdə istifadə edərək, atıram!” – İcra başçısı
Məmur özbaşınalığının və harınlığın daha bir təsdiqiÖlkə mətbuatında xəbər yayılıb ki, Sumqayıtın icra başçısı Zakir Fərəcov da, borclu olduğu sahibkarları qəbul edərək, onları təhdid edib. Bu barədə verilən məlumatlarda deyilir ki, o, borclu qaldığı külli miqdarda pulu qaytarmamaq üçün, biabırçı və məmur etikasına uyğun olmayan ifadələr işlədib. İş adamlarına qəbul otağında deyib ki, ondan pul […]
Xətaidə sakinlər ayağa qalxdı: İcra başçısı bizi aldadıb kompensasiyamızı vermir
Xəbəral.az bildirir ki, daha öncə xəbər verdiyimiz kimi, Xətai rayonu, Nobel prospektində sökülən 80 nömrəli binanın sakinləri rayonun icra hakimiyyəti ilə kompensasiya problemi yaşayırlar.Binanın bir qrup sakinləri iddia edirlər ki, Xətai Rayon İcra Hakimiyyətindən iki-üç ailəyə mənzilin hər kvadratmetri üçün 1700-2 min manat, yerdə qalan ailələrə isə 1500 manat kompensasiya ödənilib.Ailələr iddia edirlər ki, kompensasiyanın […]
Taleh Qaraşovun muavini vətəndaşın torpağın əlindən alır” -“Şah qanundur yoxsa qanun şahdır”? – ŞİKAYƏT
Xəbəral.az xəbər verir ki, Lənkəran rayonu, Cil kənd sakini, 1993-cü ildən YAP-ın üzvü olan Tağızadə Fərahim Vahab oğlu tərəfindən şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edib: “Hörmətli Prezident” Çıxışlarınızda dəfələrlə qeyd etmisiniz ki, əgər görsəniz, rəhbər işçilər, məmurlar qanunsuz işlər görürlər, bu barədə məlumat verin, xəbər göndərin, yazın. “Qanunun aliliyi bizim […]
Yasamal rayonu Kubinka sakinlərindən RR Construction tikinti şirkətinə etiraz: Heç bir qərar olmadan bizi evimizdən çıxarırlar- FOTO+VİDEO
Yasamal rayonu ərazisində Kubinka kimi adlanan ərazini RR Construction tikinti şirkəti hər yeri qanunsuz hasarlayaraq zəbt edib. Ərazidə yaşayan sakinlər saytımıza müraciət edərək bildirirlər ki, bizə heç bir kopensasiya ödəmədən və burada yaşayan insanlarla razılıq əldə olunmadan, şirkət rəhbəri Nadir Abdullayev və onun qardaşı Rəfael Abdullayev FHN-nin baxışı qanuni sənədi olmadan, qeyd ediblər ki, evləriniz […]