Dünya

Fransada Putinin keçmiş həyat yoldaşının villası müsadirə edilib

Fransada Rusiya Prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila Oçeretnayanın evi müsadirə olunub. Anqletdə yerləşən Art Deko üslublu villa 2013-cü ildə rusiyalı sahibkar və Lyudmilanın əri Artur Oçeretnı tərəfindən alınıb. 5 000 kvadratmetrlik mülk sahibinə 5,4 milyon avroya başa gəlib və vəsaitlərin mənşəyi “müəmmalı olaraq qalır”. Villaya 6 dekabr 2023-cü ildə Fransa məhkəməsi tərəfindən həbs […]

Dünya

Yenilənmiş insanabənzər robot təqdim olundu – VİDEO

“Boston Dynamics” şirkəti tam elektriklə işləyən Atlas robotlarının yeni nəslini təqdim edib. Şirkətin saytında bildirilib ki, əvvəlki model hidravlik ötürücülərə əsaslanırdı. Yeni Atlas artıq müxtəlif sənayelərdə istifadə olunan “Stretch” robot qolu və “Spot” robot iti ilə birlikdə kommersiya məhsulu olacaq. Şirkətin ilk müştərisi “Hyundai”dır. O, insanabənzər robotu avtomobil istehsalat müəssisələrində sınaqdan keçirmək üçün istifadə edəcək. Testlər […]

Dünya

Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni sevgilisi ilə görüntüləndi – FOTO/VİDEO

Türkiyədə yaşayan məşhur azərbaycanlı aktrisa Nesrin Cavadzadə yeni sevgilisi ilə görüntülənib. Cavadzade Türkiyə Futbol Federasiyasının (TFF) keçmiş prezidenti Servet Yardımcının oğlu Kaan Yardımcı ilə bir məkandan çıxarkən kameralara tuş gəlib. Cütlük mətbuat nümayəndələrinin onlara ünvanlanan suallarını cavabsız qoyub və eyni maşına əyləşərək uzaqlaşıb. Həmkarı Gökhan Alkanla evliliyin astanasında ikən ayrılan Nesrin Cavadzadənin hazırda Kaan Yardımcı […]

Dünya

Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər

“Gaia BH3” adlanan qara dəlik Günəşdən 33 dəfə böyükdür. Qalaktikamızda məlum olan növbəti ən böyük ulduz qara dəliyi olan “Cygnus X-1”in çəkisi 21 Günəşə bərabərdir. Qara ləkə təxminən iki min işıq ili uzaqlıqda “Akvila” bürcündə yerləşir və o, Yerə ən yaxın ikinci qara dəlikdir. Qeyd edək ki, qara dəliklər nəhəng ulduzların kollapsı nəticəsində yaranırlar, qaz, […]

Dünya

Ancelina Colinin yeni döyməsi: Filmlə bağlı xatirəni bədənində əbədiləşdirdi – FOTO

Hollivud gözəli növbəti dəfə ictimaiyyətin diqqətini çəkib. Bu yaxınlarda 48 yaşlı Ancelina Coli “Outcasts” musiqili filminin premyerasında görünüb. Fotoqraflar qarşısında pozalar verən aktrisa bir anda qolunun üstündəki parçanı açıb və yeni döyməsini nümayiş etdirib. Məlum olub ki, Colinin dərisinə vurdurduğu yazı birbaşa musiqili filmlə bağlıdır. “Qızıl qal!” – bu, “Outcast”ın qəhrəmanı Conninin tez-tez xatırlatdığı ifadədir. […]

Dünya

Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf

Antarktidada aparılan son tədqiqatlar zamanı NASA mütəxəssisləri Cənub Qütbündə getdikcə daha çox müəmmalı hadisələrlə qarşılaşırlar. Müasir elmə görə, Antarktida Yer kürəsinin ən sirli və az öyrənilmiş qitəsidir. Cənub qitəsində NASA alimləri üçün çaşqınlıq yaradan bu açıqlanmayan hadisələrdən biri də nəhəng buz blokunun qopmasıdır. Yeni yaranan aysberqin çəkisi milyardlarla tondur və ölçüsü dörd Londonla müqayisə edilə […]

Dünya

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

“WhatsApp” tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün mesencerə üç filtr əlavə ediblər. Tərtibatçıların fikrincə, yenilik istifadəçilərə konkret mesaj və ya söhbəti tapmağa kömək etməlidir. Ümumilikdə üç filtr – “Hamı”, “Oxunmamış” və “Qruplar” əlavə edilib. “Hamı” filtrini seçərkən istifadəçi bütün yazışmalarını görəcək. “Oxunmamış” seçimini etsəniz, cavabsız qalan çatlar – oxunmamış mesajlar və istifadəçi […]

Dünya

Cennifer Lopes 20 il ərzində üzünün necə dəyişdiyini göstərib – FOTO

Məşhur aktrisa və müğənni Cennifer Lopes xarici görünüşünün necə dəyişdiyini pərəstişkarlarına göstərib. Müğənni şəkillərini “Instagram” səhifəsində paylaşıb. Cennifer Lopes 20 il fərqlə iki foto paylaşıb. Müğənni birinci kadrda tünd mavi cins köynək, böyük sırğalar və qızıl boyunbağı ilə əks olunub. Fotoşəkildə o, saçlarını açıb, parlaq göz kölgəsi və yüngül dodaq boyasından istifadə edib. 2024-cü ildə çəkilmiş […]

Dünya

Leonardo Di Kaprionun yeni rolu bəlli oldu

ABŞ-li müğənni Frenk Sinatra haqqında filmdə baş rolu Leonardo Di Kaprio oynayacaq. Filmi tanınmış rejissor Martin Skorseze çəkəcək. Məlumata görə, Cennifer Lourens filmdə əsas rollardan birinə namizəddir. Aktrisa Sinatranın ikinci həyat yoldaşı Ava Qardner rolunu oynaya bilər. İnsayderlər qeyd ediblər ki, gələcək filmin distribütoru ya “Apple”, ya da “Sony” ola bilər. İstehsalın başlaması üçün yeganə […]

Dünya

Tbilisidə etirazçılarla polis arasında TOQQUŞMALAR

Tbilisidə Hökumət Evi yaxınlığında xarici agentlər haqqında qanun layihəsinə etiraz edənlərlə polis arasında toqquşmalar olub. Məlumata görə, polis onlara yaxınlaşan etirazçıları geri itələməyə çalışsa da, nümayişçilər asayiş keşikçilərinin göstərişlərinə tabe olmayıblar və əksinə, kordonu yarmağa çalışıblar. Etirazçılardan bir neçəsinin saxlanıldığı bildirilib. Mənbə: TASS Xeberal.az