Dünya

Lavrov: “Rusiya hərbi əməliyyatları dayandırmayacaq”

“Ukrayna üzrə danışıqlar başlasa belə, Rusiya hərbi əməliyyatları dayandırmayacaq”. Bu açıqlama ilə Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib. S.Lavrov qeyd edib ki, hazırda döyüş meydanındakı vəziyyət də əhəmiyyətli dərəcədə fərqlidir. “Reallıqlar nəzərə alınmalıdır. Mən təkcə dislokasiya və təmas xəttini deyil, həm də Konstitusiyaya əlavə və dəyişikliklərin olmasını nəzərdə tuturam. Bunu hər kəs tam […]

Dünya

Lavrov: “İrəvanın Rusiya sülhməramlıları ilə bağlı iddiaları əsassızdır”

Ermənilərin Qarabağda Rusiya sülhməramlılarını fəaliyyətsizlikdə ittiham etmələri əsassızdır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov yerli mediaya müsahibəsində deyib. Onun sözlərinə görə, üçtərəfli bəyanatda Azərbaycandakı erməni sakinlərin xüsusi hüquqlarının təmin edilməsinə ehtiyac olduğuna dair heç nə yoxdur: “Buna görə də, sülhməramlılarımızın fəaliyyətsizliyi səbəbindən ermənilərin Qarabağı tərk etdiklərini söyləmək düzgün deyil”. Xeberal.az

Dünya

“G7” İsrailin İrana zərbələri ilə bağlı vəziyyəti müzakirəyə çıxaracaq

“Böyük yeddilik” (G7) ölkələrinin xarici işlər nazirləri aprelin 19-da İtaliyada keçiriləcək iclasda İsrailin İrana zərbələri ilə bağlı vəziyyəti müzakirə edəcəklər. Bu barədə Kanadanın xarici işlər naziri Melani Coli “X” sosial şəbəkəsindəki hesabında məlumat verib. “Kanada Xarici İşlər Nazirliyinin əməkdaşları İranda gecə baş verən partlayışlar barədə mənə məlumat verdilər. Biz vəziyyəti diqqətlə izləyirik. Bu gün səhər məsələni […]

Dünya

Joze Mourinyo “Beşiktaş”la danışıqlar üçün Türkiyəyə yollanıb

Portuqaliyalı mütəxəssis “Beşiktaş” klubu ilə danışıqlar üçün İstanbula səfər edib. Məlumata görə, təcrübəli mütəxəssis “qara qartallar”la müqavilə şərtləri ilə bağlı danışıqlar üçün Türkiyə klubunun bazasını ziyarət edib. İstanbul nəhənglərindən sayılan “Beşiktaş” klubunun daha öncə Qurban Qurbanovla da danışıqlar apardığı bildirilsə də, “Qarabağ” klubu tərəfindən rəsmi heç bir açıqlama verilməyib. Təcrübəli çalışdırıcı Qurban Qurbanov da daha […]

Dünya

Türkiyə XİN İsraillə İrana çağırış edib

Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb. Bununla əlaqədar Türkiyə XİN-in bəyanatında qeyd olunur. “İsrailin Dəməşqdəki İran səfirliyinə hücumu ilə başlayan gərginlik, beynəlxalq hüquq normalarına zidd olaraq, son hadisələrdən sonra daim münaqişəyə çevrilmək riski daşıyır. Biz hadisələri yaxından izləyirik. Bütün tərəfləri münaqişəyə səbəb ola biləcək addımlardan qaçmağa dəvət […]

Dünya

Ceyhun Bayramov Fələstinin baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstin dövlətinin baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb. Bu barədə Oxu.Az-a Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. Məlumata görə, telefon danışığı zamanı Azərbaycan və Fələstin arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə Qəzzadakı vəziyyət müzakirə […]

Dünya

Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var – FOTO

Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb. Qeyd olunub ki, içərisində əcnəbilərin olduğu furqona iki kamikadze hücum edib. Hadisə nəticəsində zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər. İki nəfər ağır yaralanıb. Ölənlərin yerli sakinlər olduğu qeyd edilib. Xarici vətəndaşların təhlükəsizliyi təmin olunub. Hücumu həyata keçirən terrorçular ölüblər. Hadisə yerindən bir çanta qumbara və bir “Kalaşnikov” avtomatı […]

Dünya

“Barselona”nın doğma arenasına qayıdacağı tarix bəlli oldu

İspaniyanın “Barselona” klubunun “Kamp Nou” stadionuna qayıdacağı tarix bəlli oldu. Qeyd olunur ki, Kataloniya klubu dekabrın 15-dən etibarən doğma arenasından istifadə edə biləcək. Rəhbərlik klubun 125 illiyini qeyd edəcəyi 29 noyabr tarixində açılış tədbiri keçirməyi planlaşdırırdı. Lakin sonradan tələsməmək qərarına gəlib. Komandanın ilk matçlarında tribunalara məhdud sayda azarkeş buraxılacaq. Belə ki, qarşılaşmalara maksimum 60 min […]

Dünya

“Neftçi”nin isveçli funksioneri: “Prinsipimiz futbolçuları canlı görməkdir”

“Avrokubokların qrup mərhələsinə vəsiqə qazanacağımıza söz verə bilmərəm”. “Report”un məlumatına görə, bunu “Neftçi”nin idman direktoru Yens Andersson mətbuat konfransında deyib. İsveçli funksioner qısamüddətli hədəflərdən söz açıb: “Hər matça qələbə əzmi ilə çıxmalıyıq. Hazırda heyəti planlaşdırmaq üçün çox çalışırıq. Avrokuboklara görə hazırlıqlara erkən başlamaq şansımız olacaq”. O, yayda heyətə yeni oyunçuların cəlb edilməsi məsələsinə də toxunub: […]

Dünya

İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı – VİDEO

İranın cənub şərqində yerləşən Sistan və Bəlucistan əyalətinin Zərabad bölgəsinə yağan güclü yağışlar nəticəsində min hektarlarla əkin ərazisi sel sularının altında qalıb. Qeyd olunub ki, sel fərdi təsərrüfatlara, o cümlədən bağlara və əkin sahələrinə ciddi ziyan vurub. Həmçinin bölgədə kəndlər arasında əlaqə kəsilib, xüsusən yol və enerji infrastrukturuna ziddi ziyan dəyib. Mənbə: Tasnim Xeberal.az